Sarkisyan üzr istədi

Sarkisyan üzr istədi
Ermənistan prezidenti Serj Sarkisyan ölkədəki böhranın sona yetdiyini, amma hələ ki tam həll olunmadığını deyib.
 Sarkisyan İrəvandakı polis binasını tutan silahlı qrupu məramlarını vətənpərvər şüarlar və sosial ədalət çağırışları altında gizlənən terrorçular adlandırıb. O deyib ki, məsələ ilə bağlı hərtərəfli istintaq aparılmalıdır.
Prezident bildirib ki, hər kəs əməlinə görə qanun qarşısında cavab verməlidir.

O, vəziyyətin yoluna qoyulmasında göstərdikləri soqyuqqanlılıq və böyük işə görə hüquq-mühafizə orqanlarına təşəkkür bildirib.
Prezident, həmçinin iyulun 29-30-da Sari Tax rayonunda baş verən zorakılıqlara görə jurnalistlərdən üzr istəyib.
Həmin vaxt polislə toqquşmalarda jurnalıistlər də daxil olmaqla 60 nəfər xəsarət alıb.

Qeyd edək ki, "Sasna Tsrer" qrupunun bir sıra silahlı üzvləri iyulun 17-də İrəvandakı polis binasını zəbt etmişdilər. Onlar prezident Sarkisyanın istefasını və müxalifətdə olan "Təsis parlamenti" hərəkatının lideri Jirayr Sefilyanın azad olunmasını tələb edirlər.
Qarşıdurmada 2 polis əməkdaşı ölüb, 3-ü isə yaralanıb.
Silahlı dəstənin binada qalan 20 üzvü iyulun 31-də könüllü təslim olub.
Həmin günədək binanın ətrafında onlara dəstək aksiyaları keçirilirdi./milli.az/

OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Ermənistandakı aksiyalardakı zorakılıqlara Qərb niyə səssiz qalır? - TƏHLİL

Ermənistanda etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarından etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağ...

Azərbaycanda yeni Mərkəz yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. ...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

İlham Əliyev türkiyəli naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyəti...