"Sanki soyunmaq yarışı var" - Kulturoloqdan efirə açıq-saçıq geyimdə çıxanlara ETİRAZ

Son günlər sosial şəbəkələrdə özəlliklə televiziya efirlərinə çıxan sənət adamlarının geyim tərzləri müzakirə obyektinə çevrilib. Açıq-saçıq geyimlərlə efirə çıxmaq vətəndaşlar tərəfindən kəskin tənqid edilir, Sovet dönəmi ilə müqayisədə hazırda vəziyyətin ürəkaçan olmadığı bildirilir. Bu baxımdan, zaman-zaman səhnə adamlarının geyimi ilə bağlı nəzarətin bərpa edilməsinə ehtiyac olduğunu deyənlər də az deyil.
 
Mövzu ilə əlaqəli Sfera.az-a açıqlama verən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, sosial şəbəkələr, internet, medianın, şou-biznesin və dəb sənayesinin kreativ mədəniyyətinin inkişafı insanların indiyə qədər olan klassik geyim düşüncələrini dağıda bilib. Müsahibimiz xatırladıb ki, sənət adamları üzdə olduğuna görə onların etdiyi hər bir hərəkət onların davranışı, etik normalara riayət edib-etməmələri, geyimləri, müəyyən tədbirlərdə özlərini aparmaları, aldıqları evlər və s. göz önündədir:

"Bunlar daha çox digər insanlarda qıcıq oyada bilir. Biz mental  və dini dəyərlərdən çıxış etsək sözsüz ki, qadın və kişinin özünəməxsus paltarları olur, üstəlik də qadınlara qarşı bu, çox sərtdir. Yəni qadağalar var idi. Əslində, kişilərə qarşı da bu belə olub. İndi  isə, tamam fərqli hadisələr baş verir. Hazırda kişilər də, qadınlar da mental dəyərlərin zidd olmasına baxmayaraq nə gəldi geyinirlər.

Xüsusən də biz bunu sənət adamlarında görürük. Sənət adamlarının bəlkə də özünü piar etmək üçün, səs salıb,qalmaqal yaratmaqla pulsuz reklamı məqbul sayıla bilər. Baxmayaraq ki, biz onlardan da tələb edirik ki, bir qədər mental dini dəyərləri, gənclərin mənəviyyatını, əxlaqını poza biləcək tərəfləri nəzərə alıb öz geyimlərinə xüsusi fikir versinlər. Hər halda vaxtilə kinolarda da bizim gördüyümüz, əsərlərdə oxuduğumuz əxlaqsız, meşşan qadınların geyinib çölə çıxdığı paltarlar, yəni bədən cizgilərinin qabarıq göstərilməsi digərlərində intim hisslərin oyanmasına təsir edə biləcək formada açıq-saçıq paltarlar geyinməsi, əlbəttə ki, müəyyən mənada etirazla qarşılanır. Biz indi bunları toylarda da görürük, artıq insanlar bu dəbin həvəsinə düşüblər”.

A.Əbilov qeyd edib ki, indi bəzi qız uşaqları da valideynlərinin sözünə baxmır, internet trendlərinin təsiri altında cürbəcür açıq-saçıq paltarlar geyinirlər:

"Nədənsə ticarət mərkəzlərində, əyləncə mərkəzlərində, restoranlarda, turizm mərkəzlərində olan bu tipli geyinən adamlara pis baxmırlar, öz yaxınlarına pis baxmırlar. Amma sənət adamları sənət üçün bu hərəkəti edəndə o dəqiqə onlara qalmaqallı hücumlar etməyə başlayırlar. Bizim sənət adamlarında da bir az təqsir var. Çünki onlar yeri gəldi-gəlmədi lüm-lüt soyunmağı xoşlayırlar. İndi bir çox müğənnilər var ki, vaxtilə başına çadra keçirdi, öz həcilərini tapmışdılar, dindar idilər, lakin yenə soyunmağa başladılar. Bunlarla yanaşı, təzə gələnlər, ümumiyyətlə, bütün dəyərləri dağıdırlar. Xarici ölkələrdə başa düşürük ki, sənətçilər müəyyən bir kompozisiya, videoklipin estetikasına uyğun olaraq və yaxud da hərəkətin aktivliyini nəzərə alıb, çadrada durub oynaya bilməzlər, rəqs edib atlanıb düşməzlər. Ona uyğun paltarlar geyinirlər. Amma bu, o demək deyil ki, onlar həyatda da bu tərzdədirlər”.

Kulturoloq bildirib ki,  Azərbaycan müğənniləri geyim tərzini bilmirlər:

"Əvvəllər əxlaqsız qadınların geyim tərzi hesab edilən paltarları biz indi dəb adı altında öz gənclərimizə sırıyırıq və yaxud da gənclər ondan istifadə edir. Bilirsiniz ki, bizim şou-biznes, əsasən, toyda inkişaf edir və yaxud da televiziyada şou-biznes nümayəndələri görünür. Axı bunlara bütün nəslin nümayəndələri baxırlar. Uşaqların əxlaqı, mənəviyyatı pozula bilər. Digər tərəfdən sənətçiləri də başa düşmək olar. Yəni, ətrafda hamı soyunur, sənətçi bir balaca daha çox soyunanda deyə bilərlər ki, sənətçi soyunanda bizimkilər də ona baxıb daha çox soyunmaq istəyir. Sanki soyunmaq yarışı var. 
Azərbaycan televiziyalarına çıxan bu müğənnilərin paltarlarına kimsə baxırmı? Bədii şuralar yaradıldı. Onlar işləyirmi? Bura Azərbaycandır, bura Avropa deyil ki, kim nə istəyir geyinsin. Kim soyunmaq istəyir, zəhmət çəksin getsin xarici ölkələrdə soyunsun, atılıb düşsün".

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

45 minlik üz kreminə görə qınağa tuş gələn aktrisadan AÇIQLAMA: "İndi hər şey bahadır"

Dəbdəbəli həyatı ilə tez-tez gündəmdə olan aktrisa Yasemin Özilhan sosial şəbəkələrdəki paylaşımları ilə müzakirə obyektinə çevrilib.   Sfera.az bildirir...

Renka qalmaqallı görüntülərindən danışdı: "Hamımız ana südü ilə böyüyürük... " - VİDEO

Rəqqasə Renka (Rəna Ağamuradova) qalmaqallı videosu ilə bağlı açıqlama verib. Sfera.az xəbər verir ki, bu haqda "MTV maqazin"ə danışan rəqqasə müzakirələrə ...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Cazibədar aktrisanın 7 hamamlı malikanəsi - FOTOLAR

Məşhur aktrisa Kameron Diaz yeni malikanə alıb.   Sfera.az bildirir ki, ulduz, musiqiçi həyat yoldaşı Benji Maddenlə birlikdə aldığı evə 12,6 milyon doll...

Klarnet ifaçısından biabırçı açıqlama: “Qızımı Elməddinin şəkli ilə qorxudurdum”

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktyor Elməddin Cəfərovla bağlı müzakirələrə səbəb olacaq açıqlama verib.   Sfera.az yazır ki, musiqiçi qız...

Nazilə Səfərlinin oğlunun toyuna 1000 manat yazdıran MƏŞHURLAR KİMLƏRDİR? - VİDEO

Şair Nazilə Səfərlinin oğlu Nurlana etdiyi toyun əks-sədası bitmək bilmir. "7 canlı” verilişində aparıcı Vüsalə Əlizadə onun övladının toyuna pu...