Samir Mehdi-zadə: “Bu fakta hüquq-mühafizə orqanlarının hüquqi qiymət verməsi zəruridir”

Samir Mehdi-zadə: “Bu fakta hüquq-mühafizə orqanlarının hüquqi qiymət verməsi zəruridir”
"Respublika Təhsil Şurası” İdarə Heyətinin üzvü Samir Mehdi-zadə ilə müsahibəni təqdim edirik.
 
-Son günlər mətbuatda yayılan xəbərlərə "Respublika Təhsil Şurası” İdarə Heyətinin üzvü kimi münasibətinizi bilmək istərdik.
 
-17 noyabr 2018-ci ildə bir qrup şəxs Təhsil Şurasının Ümumi Yığıncağı adı ilə qanunsuz iclas keçiriblər. Həmin iclasda Təhsil Şurasının qanuni sədri, sədr müavini və katibi iştirak etməyib, Şuranın katibinə bu iclas barədə məlumat verilməyib. Təhsil Şurasının 144 qanuni üzvündən təxminən 125 nəfərinə iclasın yeri və vaxtı barədə məlumat verilməyib və onlar həmin iclasa dəvət edilməyiblər. Halbuki, Şuranın nizamnaməsinin 5.3-cü bəndinə əsasən "Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir”. Təşkiltçılar mənə də İdarə Heyətinin üzvü kimi iclasın yeri və vaxtı barədə heç bir məlumat verməyiblər.

-Qeyd etdiyiniz 17.11.2018-ci il tarixli iclasda hansı məsələlər müzakirə edilıib?
 
-Həmin qanunsuz iclasda Bakı Dövlət Universitetinin dekanı, professor Əlizadə Hikmət Abdul oğlu sədr elan edilib və İdarə Heyətinin yeni üzvləri təsdiq edilib. "Təhsil Şurası” yarandığı vaxtdan onun fəaliyyətində və inkişafında heç bir zəhməti olmayan, Şuranın təşkil etdiyi tədbirlərdə və İdarə Heyətinin iclaslarında iştirak etməyən, Şura üzvlərinin çoxunun üzdən belə tanımadığı, bu illər ərzində cəmi 1-2 iclasda qonaq qismində iştirak edən Əlizadə Hikmət Abdul oğlunun qanunsuz yolla Respublika Təhsil Şurasının sədri elan edilməsi Şura üzvlərinə, cəmiyyətin aparıcı təbəqəsi olan müəllimlərə qarşı böyük hörmətsizlik kimi qəbul edilməlidir. Həmin qanunsuz iclasda həmçinin Şuranın yeni İdarə Heyətinin üzvləri də "seçilib”. Paradoks ondadır ki, həmin iclasda iştirak etməyən, Şura üzvü olmayan bəzi kənar şəxslər İdarə Heyətinə daxil edildiyi halda, uzun illər Şuranın inkişafında böyük əməyi olan şəxslərin iştirakı olmadan, onların fikirləri dinlənilmədən, heç bir məlumat verilmədən onlar İdarə Heyətindən uzaqlaşdırılıblar.

-Həmin yığıncağın təşkilatçıları tədbirdən sonra ictimaiyyətə hansı məlumatları veriblər?
 
-Qanunsuz iclasın təşkilatçılarının 18.11.2018-ci il tarixdə "tehsilshurasi.az” saytında yerləşdirdikləri məlumatda iclasda ancaq sədrin və yeni İdarə Heyətinin üzvlərinin seçildiyi yazılıb. Lakin AR Ədliyyə Nazirliyinə göndərilmiş sənədlərdə "Şuranın sədr müavini və katibinin yekdilliklə seçildiyi” qərarı qeyd edilib. Həmin protokollar 17 noyabr 2018-ci il tarixli iclasın sədri professor Asəf Zamanov və iclasın katibi Sevda Axundova tərəfindən imzalanmışdır. Bununla da qanunsuz iclasın təşkilatçıları yalan məlumatlarla dövlət qurumu olan Ədliyyə Nazirliyini və ictimaiyyəti  aldatmağa cəhd ediblər. Həmin məlumatda "İclasda tanınmış elm xadimlərinin, təhsil ekspertlərinin, QHT rəhbərlərinin iştirak etdiyi” qeyd edilmişdir ki, bu da tamamilə absurddur, qanunsuz iclas keçirən şəxslərin özlərinin özləri tərəfindən ifşa edilməsidir. Belə ki, ümumi yığıncağa Respublika Təhsil Şurasının qanuni rəhbərliyi və bir çox qanuni üzvlər dəvət edilmədiyi halda, kənar şəxslərin iştirak etməsinin vurğulanması təşkilatçıların qanunsuz hərəkətlərinin ört-basdır edilməsinə hesablanıb. Bundan sonra, 08 dekabr 2018-ci il tarixdə qanunsuz fəaliyyət göstərən İdarə Heyətinin üzvləri iclas keçirmiş, həmin iclasın qərarına əsasən "Sənədlərin AR Ədliyyə Nazirliyinə təqdim edilməsi sədr müavininə həvalə edilmişdir”. Qanunsuz iclasda sədr müavininin seçkisi keçirilmədiyi halda sənədlərin göndərilməsi səlahiyyətinin seçilməmiş sədr müavininə həvalə edilməsi haqqında 5№li protokolu Şuranın "sədri” Hikmət Əlizadə və Şuranın "katibi” Sevda Axundova imzalayıblar.

-17 noyabr 2018-ci il tarixli yığıncağın təşkilatçıları sənədləri təsdiq etdirmək üçün Ədliyyə Nazirliyinə göndəriblərmi? Bu barədə hansı məlumatınız var?
 
-17.11.2018 və 08.12.2018-ci il tarixli iclasların sənədləri 2018-ci ilin dekabr ayında Dövlət Reyestrindən Çıxarışın alınması üçün təşkilatçılar tərəfindən Ədliyyə Nazirliyinə göndərilmiş, lakin 17.12.2018-ci il tarixli 05/4976/3-14 nömrəli məktubla sənədlər qanunazidd olduğuna görə dövlət qeydiyyatına alınmamış, Ədliyyə Nazirliyi tərəfindən geri qaytarılmışdır. 

-Bəs Ədliyyə Nazirliyi tərəfindən verilmiş sonuncu sənədə əsasən sədr, sədr müavini və katibin səlahiyyətləri nə vaxt bitməli idi?
 
-Ədliyyə Nazirliyi tərəfindən "Təhsil Şurası”na verilmiş 15.04.2015-ci il tarixli 05/ƏN11-3-114/2-14 nömrəli Dövlət Reyestrindən Çıxarışa əsasən birliyin 22.11.2013-cü il tarixli Ümumi Yığıncağında seçilmiş sədr, sədr müavini və katibin səlahiyyətləri 5 il müddətinə - yəni 22.11.2018-ci il tarixə qədər təsdiq edilmişdir. Qanunsuz iclasın təşkilatçıları səlahiyyətləri Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Şuranın rəhbər şəxslərinin yerinə özbaşına, qanunsuz olaraq 5 gün əvvəldən, qeyri-üzvlərn iştirakı ilə "seçki” keçirərək xitam veriblər ki, bu fakta hüquq-mühafizə orqanlarının hüquqi qiymət verməsi zəruridir. Həmçinin qanunsuz iclasın sənədləri Təhsil Şurasının möhürü ilə təsdiq edilib ki, bu da vəzifə səlahiyyətlərinin mənimsənilməsidir, kobud qanun pozuntusudur.



OXŞAR XƏBƏRLƏR

“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovdur.   Millət vəkili ilə mü...

Ukraynadan Azərbaycana gələn qız: "Mənə burada qaçqın statusu veriləcəyini düşünmürəm" - Müsahibə

O, martın 10-dan Azərbaycana gəlib. Ukrayna vətəndaşıdır və orada doğulub böyüyüb, valideynləri isə Naxçıvandandır. Aysel Nağıyeva uzun illər  menecer kimi...

“Mənə ildə 80 min dollar təqaüd ayrılır” - Azərbaycanlı gənc

Respublika və beynəlxalq olimpiadaların dəfələrlə qalibi olan, hazırda dünyanın ən nüfuzlu universitetlərindən sayılan Massaçusets Texnologiya İnstitutunda təhs...

Zori Balayanı yerində otuzduran azərbaycanlı: “Dedilər Mahir başımızı ağrıda bilər” - FOTO + MÜSAHİBƏ

Bu günə qədər Azərbaycan həqiqətlərini dünyaya çatdıran soydaşlarımız 44 günlük Vətən müharibəsi zamanı da informasiya cəbhəsində mübarizəni dayandırmadılar. Az...

İlham Əliyevin Türkiyədə ən çox danışılan sözləri... - “CNN Türk” əməkdaşı ilə MÜSAHİBƏ

Avqustun 15-də Prezident İlham Əliyev Türkiyənin "CNN Türk” kanalına müsahibə verib. Təkcə Azərbaycan və Türkiyədə yox, eyni zamanda digər ölkələrdə də bö...

Vətən müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə edib - FOTOLAR

Vətən müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı "İskəndər” raketlərindən istifadə edib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlən...