Şairə də qonorar qalmaqalına qoşuldu: "Efirə çıxan məşhurlara heç olmasa, 100 manat verilməlidir"

Şairə də qonorar qalmaqalına qoşuldu:
"Xatirə İslam yerdən-göyə qədər haqlıdır”.
 
Sfera.az bildirir ki, bunu şairə Nazilə Səfərli müğənninin verilişlərə çıxmaq üçün qonorar tələb etməsindən danışarkən deyib. O, Xatirə İslama dəstək olduğunu qeyd edib:

"Ona görə yox ki, vaxtında efir məkanına pul xərcləyib, indi onu geri almalıdır. Xeyr! Əgər bir sənətçi televiziyanı qazandırırsa, televiziya da onu qazandırmalıdır – bu bir həqiqətdir və dünyada belədir. Sadəcə Qafqazda niyə bunu etmirlər? Axı Azərbaycan sənətkarlarla dolu ölkədir.  Görünür, biz televiziyalara bolluq sərgiləmişik, ona görə də, rəhbərləri düşünür ki, olmasın o, olsun başqası... Biz demirik ki, toya yarım saatı 5 min manata gedən insana efir üçün 5 min də verilsin. Amma 100 manat versəniz, bu halallıq olar”.

N.Səfərli televiziya rəhbərlərinə də müraciət edib:

"Siz o pulları balalarınıza yedizdirirsiniz, evinizə aparırsınız. Əksər televiziya rəhbərlərinin də hamısının villası, şəraiti, arvadlarının sürücüləri var – bunu siz artistlərin sayəsində etmisiniz də. Efirə çıxan 2, 3 minlik kostyum geyinməlidir. Bunları sizə ediriksə, əvəzində təşəkkür etməlisiniz. 15 saniyəlik reklam efirdə 1 500, 30 saniyəlik reklam 2 000 manatdırsa, verilməlidir".

Türkan 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

45 minlik üz kreminə görə qınağa tuş gələn aktrisadan AÇIQLAMA: "İndi hər şey bahadır"

Dəbdəbəli həyatı ilə tez-tez gündəmdə olan aktrisa Yasemin Özilhan sosial şəbəkələrdəki paylaşımları ilə müzakirə obyektinə çevrilib.   Sfera.az bildirir...

Renka qalmaqallı görüntülərindən danışdı: "Hamımız ana südü ilə böyüyürük... " - VİDEO

Rəqqasə Renka (Rəna Ağamuradova) qalmaqallı videosu ilə bağlı açıqlama verib. Sfera.az xəbər verir ki, bu haqda "MTV maqazin"ə danışan rəqqasə müzakirələrə ...

“Mehriban düşmən”in Vikisindən Azərbaycana ismarış - VİDEO

Bir zamanlar Azərbaycanda "Mehriban düşmən” serialı ilə məşhurlaşan aktrisa yeni videosu ilə diqqət çəkib. "Viki” obrazı ilə tanınan 56 yaşlı Ci...

Cazibədar aktrisanın 7 hamamlı malikanəsi - FOTOLAR

Məşhur aktrisa Kameron Diaz yeni malikanə alıb.   Sfera.az bildirir ki, ulduz, musiqiçi həyat yoldaşı Benji Maddenlə birlikdə aldığı evə 12,6 milyon doll...

Klarnet ifaçısından biabırçı açıqlama: “Qızımı Elməddinin şəkli ilə qorxudurdum”

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktyor Elməddin Cəfərovla bağlı müzakirələrə səbəb olacaq açıqlama verib.   Sfera.az yazır ki, musiqiçi qız...

Nazilə Səfərlinin oğlunun toyuna 1000 manat yazdıran MƏŞHURLAR KİMLƏRDİR? - VİDEO

Şair Nazilə Səfərlinin oğlu Nurlana etdiyi toyun əks-sədası bitmək bilmir. "7 canlı” verilişində aparıcı Vüsalə Əlizadə onun övladının toyuna pu...