Sahibə Qafarova "Milliyət"ə müsahibə verdi

Sahibə Qafarova
Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Türkiyənin "Milliyət” qəzetinə müsahibə verib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sfera.az-a verilən məlumata görə, müsahibədə Sahibə Qafarova bildirib ki, sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünün başladığı ilk anlardan etibarən Türkiyənin həm rəsmi şəxsləri, həm də xalqı açıq və birbaşa olaraq ölkəmizə dəstək verib. Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 siyasi partiya tərəfindən Azərbaycanın haqlı mübarizəsinə verilən dəstək də ölkəmiz üçün çox dəyərlidir. S.Qafarova bu dəstəyə görə həm şəxsən öz adından, həm də Milli Məclisin deputatları adından Türkiyə Respublikasına, Türkiyə Böyük Millət Məclisinə və parlamentin üzvlərinə minnətdarlığını bildirib.

Milli Məclisin Sədri diqqətə çatdırıb ki, hər bir azərbaycanlı Türkiyə vətəndaşlarının qəlbinin Azərbaycanda olduğunu bilir, hər bir Azərbaycan vətəndaşının qəlbinin də çətin günlərdə qardaş Türkiyə ilə bərabər döyünür.

Müsahibədə Sahibə Qafarova bildirib ki, Ermənistanın növbəti hərbi təcavüzü başlayandan bəri Azərbaycan parlamentinin rəhbəri və üzvləri tərəfindən Milli Məclisin fəal əməkdaşlıq etdiyi 80-dən çox ölkədəki tərəfdaşlarına məktublar göndərilərək, bu təcavüz barədə məlumat verilib.

Müsahibəsində Ermənistanın mülki şəxslərə qarşı müharibə cinayəti törətdiyini xatırladan spiker Sahibə Qafarova deyib ki, Azərbaycan 30 ildir erməni terrorundan əziyyət çəkir. Terror yalnız Gəncəyə təcavüzlə başlamayıb. Terror ilk qarabağlının ermənilər tərəfindən yurdundan didərgin salındığı gündən başlayıb.

Sədr onu da vurğulayıb ki, Ermənistan təkcə Azərbaycana qarşı deyil, qonşuları olan 4 ölkədən 3-nə qarşı torpaq iddiası irəli sürür. Bəzi güclər Türkiyə və Azərbaycan kimi müstəqil siyasət yürüdən ölkələrə qarşı Ermənistandan istifadə edirlər. Ermənistan isə bir xidmətçi olaraq bu güclərə xidmət edir.

Sahibə Qafarova qeyd edib ki, hazırda dünyada beynəlxalq hüququn təmin olunmasında ciddi problemlər var və beynəlxalq hüquqda ikili standartlar hökm sürür. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bəzi qətnamələri 2 saat ərzində icra edildiyi halda, Azərbaycanla bağlı qətnamələr 30 ilə yaxındır yerinə yetirilmir. Milli Məclis Sədrinin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə "Ermənilər Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxmalıdır” deyilir. Amma bu qətnamələr 30 ilə yaxındır yerinə yetirilmir. Azərbaycan isə öz gücü hesabına BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasını təmin edir.

OXŞAR XƏBƏRLƏR

“Həyat yoldaşını qumarda uduzan adamdan nə gözləyəsən?” – Dilqəm Əsgərovun Şahbaz haqda heç yerdə demədikləri... - MÜSAHİBƏ

Sfera.az bildirir ki, Gündəm.az-ın suallarını yeddi il Ermənistanda əsirlikdə olan və 2020-ci ilin dekabrında Azərbaycana qaytarılan Dilqəm Əsgərov cavablandırı...

“Uşaq vaxtı atamın adı məndə kompleks yaradırdı” - Vüqar İskəndərovla MÜSAHİBƏ

"Siyasətdə sağ göstərib, sol vura bilirsən, idmanda belə deyil...”     Bunu Sfera.az-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət qu...

"Müttəfiqlik həqiqətlərin mahiyyətini dəyişə bilməz"

Sfera.az Milli Məclisin deputatı Ülvi Quliyevin moderator.az-a müsahibəsin təqdim edir:   -Ülvi müəllim, Ermənistanın baş naziri N.Paşinyan mayın 16-da ...

“Kişilərdə qadın enerjisi çoxalmağa başlayıb” – Tanınmış yaşam koçu ilə MÜSAHİBƏ

Sfera.az yaşam koçu, "Dəyiş” kitabının müəllifi Fidan Əliheydərlə müsahibəni təqdim edir:   - "Yaşam koçu” ifadəsi özəlliklə bizim cəmiyyət üçün yeni anl...

“Bu məsələ Prezidentin və parlamentin gündəliyindədir, seçkilər keçiriləcək...” – Ceyhun Məmmədovla MÜSAHİBƏ

Sfera.az-ın bu dəfəki qonağı Milli Məclisin Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovdur.   Millət vəkili ilə mü...

Tanınmış şairə: “Yüksək vəzifəli məmurları gecə 1-in yarısı yola saldım”

"Toyun ssenarisini şəxsən özüm işləmişdim, dekorundan tutmuş, çəkilişinə qədər hər şey düşünülmüşdü".    Bunu tanınmış şairə, teleaparıcı Nazilə Səf...