Sabiq deputat Elton Məmmədova qarşı şikayət rədd edildi

Sabiq deputat Elton Məmmədova qarşı şikayət rədd edildi
Səbail rayon Məhkəməsində sabiq deputat Elton Məmmədov barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətlə bağlı məhkəmə prosesi başlayıb.

Sfera.az xəbər verir ki, hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə çıxış edən Elton Məmmədov barəsində verilmiş şikayətin əsassız olduğunu deyib.

E.Məmmədov ifadəsində Kamal Məmmədova qarşı hər hansı bir təhqir hesab olunacaq söz demədiyini bildirib: "Mən demişəm ki, Tərtər hadisələrində sizin da adınız var. Bu söz təhqir hesab oluna bilməz. Kamal Məmmədov xüsusi sifariş alıbsa, başqa məsələ. Mən Azərbaycan Elmlər Akademiyası ilə bağlı məsələlərdə haqqın tərəfdarıyam. Hüquq pozuntularına qalsa, Kamal müəllimin rəhbərlik etdiyi şöbədə daha çox hüquq pozuntuları var. Deyir məni cinayətkar adlandırıb, onda elə kimə cinayətkar deyirlərsə, xüsusi ittiham qaydasında şikayət verilməlidir məhkəməyə?".

Məhkəmədə çıxış edən xüsusi ittihamçı Kamal Məmmədov isə Elton Məmmədovun ona şər və böhtan atdığı üçün şikayətinin məhkəmə baxışına verilməsini xahiş edib: "Elton Məmmədov məni cinayətkar adlandırıb, dələduz deyib. İnsan səhvini başa düşər, amma bu adam dayanmır. Məni Tərtər hadisələrində ittiham edir ki, mən o işlə bağlı hökm qəbul etmişəm. Xahiş edirəm şikayətim qeydə alınsın".

Elton Məmmədovun vəkilləri müdafiə etdikləri şəxsin əməlində hər hansı cinayət əməli olmadığını deyərək şikayətin rədd edilməsini xahiş ediblər.

Məhkəmə qərar qəbul edib.

Qərara əsasən, Kamal Məmmədov tərəfindən qaldırılmış xüsusi ittiham qaydasında şikayət rədd olunub.

Qeyd edək ki, E.Məmmədov barəsində xüsusi ittiham qaydasında şikayət olunub. Səbail rayon Məhkəməsinə müraciət edən şikayətçi E. Məmmədovun Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunmasını tələb edib.

Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

OXŞAR XƏBƏRLƏR

Lənkəranda taksiyə müştəri qismində əyləşib evinə sürdürdü: Öldürüb, həyətində basdırdı - TƏFƏRRÜAT

Lənkəranda qətl törətməkdə təqsirləndirilən Elvin Hüseynzadəyə hökm oxunub və o, 19 il müddətinə azadlıqdan məhrum edilib.   Bu barədə "Report”a zər...

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş... - Bakıdakı QƏTLİN TƏFƏRRÜATI

Bakıda 24 gün əvvəl törədilən qətllə bağlı bəzi məqamlar üzə çıxıb. Sfera.az xəbər verir ki, söhbət bu ilin aprel ayının 23-də paytaxtın Nərimanov rayonu ər...

“Eldar Mahmudovun adından böyük məbləğlərdə pullar tələb edirdi” – MTN işində şok ifadələr

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Y...

Əməliyyat keçirildi - 202 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) mayın 13-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən Sfera.az-...

Sumqayıtda kirayədə qalan qadın niyə öldürülüb? - QONŞULAR DANIŞDI - VİDEO

Ötən gün Sumqayıtda gənc qadın tanışı tərəfindən boğularaq qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə Xəzər TV sujet hazırlayıb. İlkin araş...

Vilyam Hacıyevin məhkəməsində ŞOK İFADƏ: “Rüşvət yox, rüsum ödəmişəm”

Artıq uzun zamandır ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Sfera.az-ın xəbərinə gö...