Rusiyaya ağır zərbə: İki qonşusu NATO-ya üzv olur

Rusiyaya ağır zərbə: İki qonşusu NATO-ya üzv olur
"Finlandiya və İsveç NATO-ya üzvlük üçün müraciət etsələr, bu müraciətləri müsbət qarşılanacaq və onların üzvlük prosesləri qısa müddətdə tamamlana bilər".
 
Bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
 
Bu iki ölkənin üzvlük prosesinin nə qədər davam edəcəyi ilə bağlı sualı cavablandıran Stoltenberq bildirib:
 
"NATO-ya üzvlük üçün müraciət etmək Finlandiya və İsveçin verəcəyi qərardır. Üzvlük üçün müraciət etmək qərarına gəlsələr, Finlandiya və İsveç NATO-da çox isti qarşılanacaqlar. Finlandiya və İsveç bizim ən yaxın tərəfdaşlarımızdır, güclü və yetkin demokratiyalardır, Avropa Birliyi üzvləridir və bu iki ölkə ilə uzun illərdir işləyirik. Bu ölkələrin silahlı qüvvələrinin NATO standartlarına cavab verdiyini. Birgə təlimlər keçiririk. Bir çox missiyalarda birlikdə çalışmışıq. Əgər müraciət etsələr, xoş qarşılanacaqlar. Prosesin sürətli olacağını gözləyirəm. Rəsmi proses başa çatdıqdan sonra üzv ola bilərlər".

Stoltenberq qeyd edib ki, əgər NATO bu iki ölkəni üzvlüyə dəvət edərsə, bu, Finlandiya və İsveçin təhlükəsizliyinin bütün alyans üzvləri üçün vacib olduğuna dair güclü siyasi mesaj olacaq.
 
 
O, Finlandiya və İsveçin öz yollarını seçmək hüququnun olduğunu vurğulayıb: "Rusiyanın İsveç və Finlandiyanı üzvlüklə bağlı təhdid etməsi və qorxutması, hər ölkənin öz yolunu seçmək hüququna hörmət etmədiyini göstərir".
 
 
 
Rusiyanın Ukraynaya hücumunun Gürcüstan və Moldova kimi NATO və AB üzvü olmayan ölkələrin təhlükəsizliyi üçün alyansın dəstəyinə ehtiyaclarının olduğunu deyən Stoltenberq bunun praktiki və siyasi dəstəyi ehtiva etdiyini və Şərqi Avropadakı yaxın tərəfdaşlarla nə edə biləcəkləri mövzusunda çalışdıqlarını bildirib.
 
 
Stoltenberq həmçinin qeyd edib ki, NATO üzvlərinin Ukraynaya verdiyi və öhdəsinə götürdüyü hərbi dəstəyin məbləği 8 milyard dollara çatıb.
 

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...