Rusiyanın Kursk vilayəti atəşə tutuldu - İDDİA
19:29 / 30.04.2022
1279
Rusiya Ukrayna ilə sərhədə yaxın yerləşən Kursk vilayətinin atəşə tutulduğunu açıqlayıb.
Sfera.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Roman Starovoit özünün "Telegram" kanalında məlumat verib.
O bildirib ki, şənbə günü Ukrayna istiqamətindən vilayətin keçid məntəqəsinə bir neçə mərmi atılıb.