Rusiyanın hərbi paradında təyyarələr niyə uçmadı? - Ukraynadan ŞOK açıqlama

Rusiyanın hərbi paradında təyyarələr niyə uçmadı? - Ukraynadan ŞOK açıqlama

 

Rusiya Federasiyasında bu gün keçirilən paradın hava hissəsi hava şəraitinə görə deyil, bəzi şəhərlərdə Rusiya təyyarələrini yolda Ukrayna HHM-ləri "qarşılaya bildiyi” üçün ləğv edilib.

Bu barədə Ukrayna Milli təhlükəsizlik və müdafiə şurası (MTMŞ) yanında Dezinformasiyaya qarşı mübarizə mərkəzi məlumat yayıb.

Qeyd etmək lazımdır ki, Rusiyanın mayın 9-da Moskva, Yekaterinburq, Novosibirsk, Samara, Rostov-na-Donu və digər iri şəhərlərində də keçirilən paradlarda döyüş təyyarələrinin nümayişi olmayıb.

Ukrayna qurumu təyyarələrin paradının ləğvinin məhz hava şəraiti ilə əlaqələndirilməsinə şübhə ilə yanaşıb. Çünki 2020-ci ildə Rusiya mediasının özü RF-nin hərbi aviasiya uçuşlarının təhlükəsizliyi üçün "buludların dağıdılmasına” 540 milyon rubldan çox xərclədiyini yazmışdı. Ötən il isə bu məbləğ 417 milyon rubl təşkil edib.

Ukrayna MTMŞ-sının gəldiyi qənaətə görə, uçuşların ləğv olunmasında əsas səbəb bəzi şəhərlərdə Rusiya təyyarələrinin "yolda” Ukraynanın zenit-raket sistemləri ilə "qarşılaşa” bilməsi ehtimalı olub.

"Bu səbəbdən pis hava şəraiti sadəcə olaraq manipulyasiyadan başqa bir şey deyildir. 500 milyon rublu belə bir gün üçün xərcləmək Putinə problem sayılmazdı. Nəzərə almaq lazımdır ki, Ukraynada aparılan "xüsusi hərbi əməliyyat” Rusiyaya hər gün 500 milyondan 20 milyard dollara qədər başa gəlir”./Musavat/

 


OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...