"Rusiyanın hərbi müdaxiləsi nəticəsində 217 uşaq ölüb" - Baş Prokurorluq
11:23 / 26.04.2022
739
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində indiyədək 217 uşaq ölüb, 391 uşaq güllə və qəlpə yarası alıb.
Sfera.az xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.
Müharibə başlayandan indiyədək xəsarət alan uşaqların ümumi sayı 608-ə çatıb.
Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb. Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.