"Rusiyanın dağılması qaçılmazdır, onlar müstəqil olmaq istəyir" - Dmitri Qordon

Rusiyanın dağılması hər an - sabah, altı ay və ya bir ildən sonra baş verə bilər, lakin bu, qaçılmazdır.

Sfera.az Bizimyol.info-ya istinadən xəbər verir ki, bu barədə jurnalist Dmitri Qordon bildirib.

"Mən həmişə demişəm və təsdiq edirəm - Rusiyanın dağılmasına inanıram, hesab edirəm ki, bu, uğursuz və təməli olmayan qurama bir ölkədir. Yalan, zorakılıq, hiylə, təcavüz, kobudluq üzərində qurulmuş dövlət dir. Çox fərqli cəhətləri olan ölkədir. Ölkədə bir neçə saat qurşağı var, Moskva yuxuya gedəndə, Vladivostok və Xabarovsk oyananda bu, normal əlamət deyil”,- deyə o bildirib.

Qordonun sözlərinə görə, bunadan əlavə ölkədə idarəetmə rejimindən narazı olan çoxlu qüvvələr var. Həmçinin ölkənin ərazisində müxtəlif xalqların muxtar respublikaları var və onlar təbii olaraq öz müstəqilliklərini istəyirlər. Bütün bunlar Rusiyanın dağılmasına təsir edən amillərdir.

 "Gözləyək və görək. Amma bir şeyi deyəcəyəm - bu müharibədə Ukraynanın qələbəsi apriori Rusiyanın sonu və süqutu demək olacaq. Bunların hamısı bir-biri ilə çox əlaqəli və asılı olan vasitələrdir”,- deyə o, qeyd edib.

"Mən hesab edirəm ki, Rusiyada bizi başa düşən çoxlu insanlar var. Onlar Rusiyanın Ukrayna xalqına yaşatdığı həm maddı, həm mənəvi dəhşətləri anlayırlar.  İnanıram ki, bir gün o insanlar ayağa qalxacaqlar və "biz Ukraynanın dəstəkləyirik, biz Putinə etiraz edirik" deyə biləcəklər", - deyə o qeyd edib.

Bundan əvvəl rusiyalı publisist Andrey Piontkovski Ukraynadakı müharibədən sonra Rusiya Federasiyasının Çinə "geri qaytarılacağını” proqnozlaşdırmışdı
 

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...