Rusiyanın Azərbaycanla bağlı planı: "Prosesləri sabotaj etməyə çalışır"

Rusiyanın Azərbaycanla bağlı planı:
"Azərbaycan və Ermənistan arasında Brüssel görüşündən sonra Rusiya prezidenti Vladimir Putinin Paşinyana zəngi, həmçinin Lavrovla Mirzoyanın Moskva görüşündə verilən mesajlar Kreml tərəfindən prosesin sabotaj edilməsinə hesablanıb”.
 
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Rusiya Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh danışıqlarının, sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın yaradılmasına qarşıdır:

"Moskva çalışır ki, iki ölkə arasında birbaşa təmas olmasın və yalnız onun vasitəçiliyi ilə proses davam etsin. Bu da prosesin müddətsiz uzanmasına gətirib çıxarır. Bu reallıqla Azərbaycan razılaşmayacaq. Həmçinin Türkiyə də Rusiyanın davam edən nəticəsiz  "vasitəçiliyini" qəbul etməyəcək.  Məhz Kreml Brüssel görüşündə əldə olunan razılaşmaların Rusiyanın vasitəçiliyi ilə həyata keçirilməsində maraqlıdır. Ermənistana ciddi təzyiqlər edilərək, Azərbaycanla əldə olunan razılaşmaların yerinə yetirilməməsinə çalışır”.

Politoloq qeyd edib ki, Rusiyanın bu siyasəti effektli olmayacaq:

"Brüssel razılaşmalarının yerinə yetirilməməsi üçün Paşinyan Moskvanın təzyiqlərini qəbul etməyəcək. Aprelin sonuna kimi sərhədlərin delimitasiya və demarkasiyası üçün ikitərəfli komissiya baş tutmasa, bu Yerevanın əleyhinə olacaq.  Rusiya rəhbərliyi növbəti dəfə Azərbaycan və Ermənistan liderlərinin Moskvada görüşünü təşkil edə bilər. Ukrayna müharibəsi fonunda təzyiqlərlə üzləşən Rusiya rəhbərliyi üçün yeni bir proses başlayarsa, Ermənistana təzyiq edib sülh müqaviləsinin bağlanmasına töhfə verərsə, Cənubi Qafqazda öz imicini bərpa edə bilər”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

“Fərid Hacıyevin bu vəzifəyə təyinatı idarəçiliyə yeni ruh gətirəcək” – AÇIQLAMA

"Fərid Hacıyevin Milli Məclisin Aparat rəhbəri təyin olunması xəbərini məmnunluq hissi ilə qarşıladım. Bu cür önəmli və məsuliyyətli posta gənc bir kadrın təyin...

Baydenin son qərarı Rusiyanı diz çökdürəcək? - "Yayda qanlı döyüşlər gözlənilir..."

ABŞ prezidenti Co Bayden dünən "Ukrayna demokratiyasının müdafiəsi üzrə Lend-Liz Aktı"nı imzalayıb. Beləliklə, İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizə...

Putin “Qırmızı meydan”da nə deyəcək? - AÇIQLAMA

"Ukraynanın işğalı planı Rusiyanın istədiyi kimi getmir, hətta A planını – Kiyevi tutmağı - bacarmayan ruslar B planına - Donbası tamamilə zəbt etməyə də tam na...

Qriqoryanın son bəyanatı nəyə hesablanıb? – AÇIQLAMA

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Bakıdan  Qarabağdakı ermənilərin təhlükəsizliyinə təminat istədiyini açıqlayıb.  Qarabağ mü...