Rusiyanın 2 qərargahı VURULDU - 1 general, 300-dək hərbçi öldürüldü

Rusiyanın 2 qərargahı VURULDU - 1 general, 300-dək hərbçi öldürüldü
Ukrayna ordusu Rusiyanın iki qərargahını sıradan çıxarıb. Bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

O, qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Rusiya ordusunun komanda məntəqələrinə hücum edib. İlkin məlumata görə, bir neçə yüz hərbçi öldürülüb.

"Hava-desant qüvvələrinin qərargahı, ikinci birləşmiş ümumi ordu qərargahı İzyuma iki zərbə endirib. Hətta ən az rəqəmlə hesablasaq bir yerdə 100, başqa yerdə 200, üçüncü yerdə azı 100 meyit hesablanıb. Rəqəmlərin yuxarı həddi 200-300-dür”, - Arestoviç bildirib.

"Siz bilməlisiniz ki, bunlar yüksək rütbəli zabitlərdir”, - o vurğulayıb.

Arestoviç, həmçinin şənbə günü KİV-də Rusiya Hava-Dəniz Qüvvələrinin Baş Qərargah rəisi, general A.D.Simonovun öldürülməsi ilə bağlı yayılan məlumatı şərh edib.

"Dəqiqləşmə tələb edən bəzi məlumatlara görə, Hava Desant Qüvvələrinin qərargah rəisi məhv edilib”, - o vurğulayıb.

Bu arada Sfera.az ABŞ-ın "Forbes” nəşrinə istinadla xəbər verir ki, Rusiya ordusu Ukraynadakı müharibə dövründə bu ölkədə 1300 raket atıb.
Məlumata görə, bu qədər raketin dəyəri ümumilikdə 7.5 milyard dollardan çox olub.

Qeyd olunur ki, Rusiya Ukraynaya 235 ədəd "Kalibr” raketi atıb. Digər növ raketlərin sayını dəqiq bəlli olmasa da, onların 62 faizinin "İskəndər”, 30 faizinin X tipli, səkkiz faizinin isə "Toçka-U” raketləri olduğu bəllidir. 
 

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...