Rusiyalılar nə Azərbaycanı, nə də Ermənistanı dəstəkləmirlər – SORĞU

Rusiyalılar nə Azərbaycanı, nə də Ermənistanı dəstəkləmirlər – SORĞU
Rusiyalılar ölkələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək ola biləcəyinə inanırlar.
Oxu.Az "İzvestiya” nəşrinə istinadən xəbər verir ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (ÜİRÖM) bu yaxınlarda 46 bölgənin 130 yaşayış məntəqəsində, 1,6 min nəfər arasında keçirdiyi sorğunun nəticələri bunu deməyə əsas verir.
Sosioloqlar ruslardan bu yaxınlarda Qarabağda vəziyyətin yenidən gərginləşdiyi barədə nə dərəcədə məlumatlı olduqlarını soruşublar. Məlum olub ki, Rusiya əhalisinin 72%-i bu barədə eşidib. Bu, 2014-cü ilin analoji göstəricisini (45%) əhəmiyyətli dərəcədə üstələyib.
Bu gün rusların 71%-i (2014-cü ildə 57%) münaqişənin sülh yolu ilə həllini mümkün hesab edir.
Bununla yanaşı, əhalinin 15%-i buna inanmır. Neqativ proqnozu əsasən Moskva və Sankt-Peterburq (20%) şəhərlərinin sakinləri, eləcə də qeyri-parlament partiyalarının tərəfdarları (21%) veriblər.
Bu gün 44% hesab edir ki, qan tökülməsinin qarşısını almaq üçün Rusiya bu münaqişədə vasitəçi rolunda çıxış etməlidir. İki il bundan öncə əhalinin dörddə bir hissəsi (25%) bu fikirdə idi.
36% düşünür ki, Rusiya müşahidəçi mövqeyində dayanmalıdır. 2014-cü ildə bu göstərici 60%-ə çatırdı. 
Rusların 4%-i Ermənistan və separatçı "Dağlıq Qarabağ”ın, 2%-i isə Azərbaycanın tərəfində durmağı məqsədəuyğun hesab edir.
Rəyi soruşulanların 1/4-i (26%) Dağlıq Qarabağın "müstəqil” olduğunu, 11%-i bu regionun Azərbaycana, 13%-i isə Ermənistana aid olduğunu düşünür.
Respondentlərin əksəriyyəti (47%) Dağlıq Qarabağın kimə məxsus olduğunu müəyyənləşdirməkdə çətinlik çəkir.
Rusiyalıların 35%-nin fikrincə, Rusiyanın milli maraqlarından çıxış etdikdə, Dağlıq Qarabağın müstəqilliyinin elan edilməsi münaqişənin həlli üçün ən yaxşı variantdır.
Rusiyalıların 9%-i Qarabağın Ermənistanın, 6%-i isə Qarabağın Azərbaycanın tərkibində olmasını öz ölkəsinin marağında olacağını hesab edir.
Bununla yanaşı, rusiyalıların 18%-i Dağlıq Qarabağın taleyinin Rusiyanın maraqları üçün heç bir əhəmiyyət kəsb etmədiyini düşünür.

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...