Rusiyalı politoloq: Günahkar Yerevandır

Rusiyalı politoloq: Günahkar Yerevandır
Münaqişənin alovlanması qaçılmaz idi. Münaqişə uzun illər boyu üç xüsusiyyəti ilə fərqlənirdi.
Oxu.Az xəbər verir ki, bu barədə Bakıda rusiyalı politoloq Sergey Markovbildirib.
Markov, həmçinin Dağlıq Qarabağda gözlənilən qığılcımın səbəblərini sadalayıb. 
"Birincisi, orada sülhməramlılar yox idi. İkincisi, münaqişə yox, danışıqlar dondurulmuşdu. Üçüncüsü, iqtisadi, hərbi qüvvələrin nisbəti Azərbaycanın xeyrinə dəyişdi. Münaqişə isə dəyişməyib. Bu isə qığılcım üçün şərait yaradırdı və hamı bunun olacağını deyirdi”, - Putinin səlahiyyətli nümayəndəsi bildirib. 
Onun sözlərinə görə, mütəxissislərin əksəriyyəti bu münaqişədə ilk başlayanın yox, beynəlxalq hüquq pozanın təqsirkar olduğunu hesab edir. 
"Burada məncə Azərbaycan tərəfi özünə əmin mövqe tutmalıdır. Oyunçuların əksəriyyətinin fikrincə, günahın böyük hissəsi Yeravanın üzərinə düşür”.
Markov qeyd edib ki, Azərbaycan bir neçə məqsədə nail olub:
"Birincisi, danışıqların donu açılıb. Bu, mühüm siyasi nailiyyətdir. Bizim bu dəfə danışıqların daha uğurlu olacağına dair əsasımız var, belə ki, bu danışıqlar bir çox hallarda vasitəçilərin təzyiqi altında gedir. 
İkincisi, Azərbaycan ordusunun gücünü nümayiş etdirdi. 
Azərbaycanın Silahlı Qüvvələrinin sayı Yerevan və separatçı Qarabağ qüvvələrinin ümumi sayından 20% çoxdur. Texnikaya görə, Azərbaycan iki dəfə güclüdür. 
Və əhalinin tam dəstəyi, insanlar nümayişə çıxırdı, orduya yazılmaq istəyirdilər. Hətta Azərbaycan qadınları da cəbhəyə can atırdılar.
Azərbaycan, həmçinin Türkiyənin tam dəstəyinə sahib idi.
Üçüncüsü, ərazi. Bildiyim qədər vəziyyət az da olsa dəyişib. Orada bir neçə təpə Azərbaycan SQ əlində qalıb, bununla da yeni trend yaranıb. 
Münaqişdə Moskva bitərəf mövqe tutması da, mühüm nailiyyətdir, bununla o, Azərbaycana anlayış nümayiş etdirdi.
Daha bir üstünlük hərbi qığılcımın yetərincə idarə ediləcək olması idi. Hərbi qığılcım olub, müəyyən hədəflər var idi, bundan sonra hərbi münaqişə demək olar ki, aradan qaldırıldı və hər şey öz siyasi mövqeyinə qayıtdı.
Bu isə siyasi rəhbərliyin özünü əmin hiss etdiyini və hərbi-siyasi planları dəqiq və aydın həyata keçirməyə qadir olduğunu göstərir. 
Axı çox zaman siyasi məqsədlər üçün hərbi kran açıldıqda bağlanması çətin olur. Bu, hərbi-siyasi vəziyyəti idarə etməkdir, məncə bu qüvvənin real təzahürüdür. 
Ekspertin sözlərinə görə, Azərbaycan ordusunun silahdan, o cümlədən Rusiyadan tədarük edilmiş silahdan çox səmərəli istifadə etməsi idi. 

OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Ermənistandakı aksiyalardakı zorakılıqlara Qərb niyə səssiz qalır? - TƏHLİL

Ermənistanda etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarından etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağ...

Azərbaycanda yeni Mərkəz yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. ...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

İlham Əliyev türkiyəli naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyəti...