Rusiyalı məşhurlardan "Chanel"ə etiraz: Minlərlə dollarlıq çantaları qayçı ilə doğradılar - FOTO

Rusiyalı məşhurlardan
Məşhur fransız markası "Chanel”in rusiyalı müştərilərdən məhsulları Rusiyada istifadə etməmək üçün sənəd imzalatması reaksiyaya səbəb olub.
 
Sfera.az bildirir ki, "New York Times” qəzetinin xəbərinə görə, ardınca Rusiya sosial media fenomenləri minlərlə dollarlıq "Chanel” çantalarını qayçı ilə kəsiblər. Onlar videoları sosial şəbəkə hesablarında paylaşaraq "Mənim vətənimdən dəyərli heç bir çanta yoxdur”, - deyə əlavə ediblər.

Belə ki, rusiyalı teleaparıcı Marina Ermoşkina qeyd edib ki, Dubayda "Chanel” mağazasında çalışanlar rusiyalı müştəridən çantanı Rusiyada istifadə etməyəcəyinə dair sənəd imzalamasını istəyiblər. 28 yaşlı aparıcı, sözügedən videonu paylaşaraq, "Bu, rus fobiyasıdır və ayrı-seçkiliyin ən bariz formasıdır", - deyə söyləyib. Rusiya televiziyasında da yayımlanan görüntüləri yüz minlərlə insan izləyib.

Həmçinin 9,3 milyon "Instagram" izləyicisi olan Rusiyanın sosial media fenomeni Viktoriya Bonya da qayçı ilə minlərlə dollar dəyərində "Chanel” çantasını kəsib. Bonya, "Şirkət müştərilərə hörmət etmirsə, biz niyə ona hörmət edək?", - deyib.

"Chanel" rusiyalı məşhurların reaksiyalarını şərh etməkdən imtina etsə də,  şərhlərdə "Bunun səbəb ola biləcəyi hər hansı bir anlaşılmazlığa görə üzr istəyirik, çünki haradan gəlməsindən asılı olmayaraq, müştərilərimizi qarşılamaq bizim üçün prioritetdir", - deyə qeyd edilib. 

Şirkət etiraf edib ki, bu yeni hüquqi proses bəzi müştərilərin məyusluğuna səbəb olub. Aparıcı Ermoşkina şirkətin üzr istəməsinə sevindiyini, lakin cavabın onu tam qane etmədiyini bildirib. Bütün digər "Chanel” əşyalarını satışa çıxardığını deyən məşhur, əldə etdiyi gəliri Ukraynanın şərqində çoxlu rusdilli insanların yaşadığı separatçı Donbas xalqına kömək üçün verməyi planlaşdırdığını açıqlayıb.

Digər sosial media fenomenləri də ona qoşularaq öz hesablarında Ermoşkinanın sözlərini paylaşıblar. Onlar "Heç bir çanta vətənə olan sevgimdən üstün deyil”, - cümləsini qeyd ediblər.

Qeyd edək ki, bir çox beynəlxalq şirkətlər kimi "Chanel” də prezident Vladimir Putinin Ukraynaya müdaxiləsinə cavab olaraq Rusiyadakı fəaliyyətini dayandırıb.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Cazibədar aktrisanın 7 hamamlı malikanəsi - FOTOLAR

Məşhur aktrisa Kameron Diaz yeni malikanə alıb.   Sfera.az bildirir ki, ulduz, musiqiçi həyat yoldaşı Benji Maddenlə birlikdə aldığı evə 12,6 milyon doll...

Kərəm Bürsindən gözlənilməz açıqlama: "18 illik köynək geyinirəm, cəmi 3 şalvarım var"

Məşhur aktyor Kerem Bürsin qatıldığı paneldə iqlim böhranına diqqət çəkərək influserləri məsuliyyətsizliyə görə tənqid edib.   Sfera.az bildirir ki, həmi...

Bahalıqdan şikayət edən Nurgül yay üçün kirayələdiyi evə sərvət ödəyəcək - FOTO

Ötən aylarda Bodrumdakı restoranlarda qiymətlərin çox baha olması ilə bağlı sosial şəbəkədə etiraz dolu paylaşım edən aktrisa Nurgül Yeşilçay bu dəfə bahalı evi...

Hadisə "pomidor kraliçası" seçildi - FOTOLAR

Türkiyəli müğənni Hadisə "pomidor kraliçası” seçilib. Sfera.az bildirir ki,  bu, Antalyanın Kumluca rayonunda keçirilən 23-cü Kənd Təsərrüfatı və İst...

Məşhur futbolçunun keçmiş həyat yoldaşından etiraf: "Bir qızla münasibətim olub" - FOTOLAR

Aktrisa Yolante Kabau intim həyatı ilə bağlı açıqlamalarla gündəmə gəlib.   Sfera.az bildirir ki, Kabau gəncliyində bir qızla münasibətdə olduğunu etiraf...

Aktrisadan keçmiş deputata ağır sözlər: "Biz sizdən tuman geyinib-geyinmədiyinizi soruşuruq?" - FOTO

Türkiyəli aktrisa Burcu Biricik ilə sabiq deputat Ahmet Çakar arasında mübahisə yaranıb.   Sfera.az bildirir ki, keçmiş MHP millət vəkili qatıldığı canlı...