Rusiyalı iş adamlarının “Forbes”dən qəribə xahişi

13:13 / 16.04.2022
1120
Rusiyalı bəzi iş adamları ABŞ-ın "Forbes” jurnalından onları "rus milyarderləri” adlandırmamağı xahiş edib.
Bu barədə nəşrin saytında bildirilir.
Müvafiq istəklə "VKontakte” və "Telegram”ın yaradıcısı Pavel Durov da müraciət edib. O, hazırda Dubayda yaşayır, Fransa, Sent-Kits və Nevis vətəndaşlığına malikdir.
Həmçinin İqor və Dmitri Buxman, Nikolay Storonski, Yevgeni Şvidler, Leonard Blavatnik və Yuri Milner kimi şəxslər də analoji müraciətlə çıxış ediblər.