Rusiyada Rövşən Əsgərova cinayət işi açıldı
![Rusiyada Rövşən Əsgərova cinayət işi açıldı](http://old.sfera.az/file/pic/xeber/2022-04/1651061101_62692d7b6d3f162692d7b6d3f2165106009162692d7b6d3ec62692d7b6d3ee-1.jpg)
16:04 / 27.04.2022
2233
Rusiyada "Kim? Harada? Nə vaxt?” intellektual oyunun tanınmış iştirakçısı, azərbaycanlı Rövşən Əsgərovun barəsində nasizmin bərpa olunması ittihamı ilə cinayət işi başlanıb.
Bildirilib ki, Rövşən Əsgərova qarşı sosial şəbəkələrdəki paylaşımlarına görə nasizmin reabilitasiyası ilə bağlı cinayət işi açılıb.
"Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Rövşən Əsgərova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi (Nasizmin reabilitasiyası) ilə başlanmış cinayət işini araşdırır”, - məlumatda qeyd olunub.