Rusiya və Yaponiya arasında gərginlik - Şok gəlişmə

Rusiya və Yaponiya arasında gərginlik - Şok gəlişmə
Rusiya Müdafiə Nazirliyi yeni sualtı qayıq əleyhinə raket sisteminin Yapon dənizində uğurla sınaqdan keçirildiyini açıqlayıb.
 
Moskvanın bu addımı Yaponiya və ABŞ üçün təhlükə kimi şərh edilib.
 
Rusiya Müdafiə Nazirliyi sualtı qayıq əleyhinə raket sisteminin ən son versiyasının Yapon dənizində uğurla sınaqdan keçirildiyini açıqlayıb.
 
Qeyd olunub ki, Rusiyanın Sakit Okean Donanmasındakı Korvet tipli döyüş gəmisindən "Otvet” sistemi ilə buraxılan raket təyin olunmuş sualtı hədəfi dəqiqliklə vurub. Moskvanın bu addımı Yaponiya və Sakit okean regionunda ən böyük müttəfiqi olan Vaşinqtona hədə-qorxu gəlmək kimi şərh edilib.
 
Məlumdur ki, düşmənin sualtı qayıqlarını məhv etmək üçün nəzərdə tutulan "Otvet” sualtı zenit-raket kompleksi "91R1 Kalibr” raket kompleksi əsasında hazırlanıb.
 
Bildirilir ki, korvetlər, freqatlar və digər növ döyüş gəmilərində quraşdırıla bilən sistem vasitəsilə müxtəlif növ raketlər buraxıla bilər. Atış məsafəsi 50 kilometrə qədər olan "Otvet” sistemi ilə atılan raketlər dənizin 800 metr altındakı hədəfləri vura bilir.
 

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...