Rusiya və Türkiyənin yeni PLANI: Ermənistan dağıdılır, Qarabağsa… – PROQNOZ

Rusiya və Türkiyənin yeni PLANI: Ermənistan dağıdılır, Qarabağsa… – PROQNOZ

"Ermənistanda baş verənlər siyasi idarəçiliyin əxlaqsız davranışlarından qaynaqlanır”.

Bu barədə siyasi yazar Naira Ayrumyan "lragir.am” saytında yayımlanan məqaləsində yazıb.

Lakin N.Ayrumyan hadisələrin geosiyasi proseslərlə bağlı olduğunu iddia edib.

"Ermənistan ətrafında şərait sürətlə dəyişir. Türkiyədə çevriliş cəhdindən sonra üç aylıq fövqəladə vəziyyət elan olundu. Bunun fonunda Azərbaycan türkiyəli hərbiçiləri öz ərazisində yer vermək qərarına gəldi. Bu bütövlükdə Qarabağ münaqişəsi zonasında və Cənubi Qafqazda vəziyyəti dəyişdirir. İndiyə qədər Türkiyə NATO-nun razılığı olmadan belə addım atmırdı. İndi isə Ankara azad hərəkət edir. Buna paralel olaraq Rusiyanın Ermənistanla birgə hərbi birlik yaratmaq qərarı da diqqət çəkir. Əslində bir çox ekspert bunu Rusiyanın Ermənistan ordusunu zəbt etməsi kimi qiymətləndirir”, – deyə məqalədə bildirilir.

Müəllif qeyd edir ki, Türkiyənin Cənubi Qafqazda güclənməsi Azərbaycanın maraqlarına uyğundur: "Xüsusilə bu, Türkiyənin bölgədə güclənməsinə Rusiyanın da dəstək verməsi diqqət çəkir. Perspektiv Ermənistan üçün yaxşı heç nə vəd etmir. Bu proses Dağlıq Qarabağın və digər ərazilərin Azərbaycana qaytarılması ilə nəticələnəcək. Lakin hər şey bununla bitməyəcək. Burada Ermənistanın dövlət kimi yox olmasının da işartıları görünür”.

N.Ayrumyan bu siyasi proseslər fonunda Ermənistanda baş verənlərin təsadüfi olmadığını vurğulayıb. (publika.az)


OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Ermənistandakı aksiyalardakı zorakılıqlara Qərb niyə səssiz qalır? - TƏHLİL

Ermənistanda etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarından etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağ...

Azərbaycanda yeni Mərkəz yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. ...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

İlham Əliyev türkiyəli naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyəti...