Rusiya ordusu erməni kəndinə soxuldu - VİDEO

Rusiya ordusu erməni kəndinə soxuldu - VİDEO
Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının hərbçilərinin Şirak vilayətinin Panik kəndində hərbi təlimlər zamanı boş güllələrdən istifadə etməsi yerli sakinləri qorxuya salıb. 

Bununla bağlı məlumatı "Aravot” yayıb. 

İnsident iyulun 17-də baş verib. Bildirilib ki, kənd sakinləri əvvəlcə müharibənin başladığını zənn ediblər.

"30-dan çox hərbçi kəndə gələn yolu bağladılar və atəş səsləri eşidildi. Yaxşı ki güllələr boş olub. Bütün sakinlər güllə səslərindən sonra evlərindən qaçdılar, hətta huşunu itirən uşaqlar da var”, - kənd icmasının rəhbəri Vardan Makeyan deyib. 

"Onlar heç kimi təlimlərin keçiriləcəyi ilə bağlı məlumatlandırmayıb. Əgər Ermənistan Rusiya Federasiyasında bu addımı atsaydı, bunu faciəyə çevirərdilər. Başa düşdük ki, yaxınlıqda hərbi baza var. Çox sağ olsunlar ki, bizi müdafiə edirlər. Amma təlimləri kənd ərazisində keçirmək olmaz”, - o bildirib. 

İnsidentin videosu "Facebook” sosial şəbəkəsində yayımlanıb. 

Rusiyanın Ermənistandakı 102-ci bazasının komandirinin müavini Aleksey Polyuxoviç deyib ki, baza rəhbərliyi məsələ ilə bağlı araşdırmalara başlayıb.

Şirak rayonunun qubernatoru Karen Saruxanyan bəyan edib ki, rusiyalı hərbçilər fors-major vəziyyətlə bağlı məlumat verib və insidentə görə üzr istəyib. 

"Belə bir hadisə ilk dəfə baş verib və onlar bunun bir daha təkrar olunmayacağını bildiriblər. Hazırda məsələ ilə bağlı araşdırmalar aparılır”, - Saruxanyan qeyd edib. 

Panik kəndi "Alaqyaz” poliqonunun yaxınlığında yerləşir. 




OXŞAR XƏBƏRLƏR

Porno ulduzdan Əfqanıstan prezidenti ilə bağlı İDDİA - VİDEO

Ərəb əsilli məşhur pornoulduz Mia Xəlifə Əfqanıstan Prezidenti Əşrəf Qani ilə bağlı yeni iddia səsləndirib.  Sfera.az xəbər verir ki, aktrisa bu barə...

Ermənistanda rusları təhqir etdilər - VİDEO

"İstəmirəm ki, qızım Türkiyə kurortlarında türk kişilərinə xidmət edən Nataşa olsun” Bu fikirlər ermənilərin Noyan Tapan Agnetliyinin "YouTube” kanalında ...

İran su böhranı ilə üz-üzə: fəlakətin bir addımlığında – VİDEO

İranda elektrik enerjisi ilə bağlı problemlər bitməmiş ölkə su çatışmazlığı ilə üzləşib. Ölkənin bəzi bölgələrinin əhalisi isə bu iki problemi eyni vaxtda...

Yeni rekord, 116 saat tualetdə oturdu - VİDEO

Belçikalı "Ginnesin Rekordlar Kitabı”na düşmək naminə 116 saat unitazda oturub. UPIxəbər verir ki, Cimmi De Frenn bu məqsədlə Ostende şəhərindəki barların bir...

Amerikada azərbaycanlı gənci öldürən şəxsin görüntüsü yayıldı - VİDEO

ABŞ polisi Şimali Karolina ştatının Şarlotta şəhərində mobil telefon dükanının sahibi olan 29 yaşlı azərbaycanlı Elçin Xəlilovu öldürən şəxsin görüntüsünü ...

Azərbaycana görə Ermənistan parlamentində dava düşdü - VİDEO

Ermənistan parlamentində deputatlar arasında dava düşüb. Publika.az xəbər verir ki, "Çiçəklənən Ermənistan” və "İşıqlı Ermənistan” fraksiyasının deputatla...