Rusiya Liman şəhərini vurdu - Ölənlər var
23:47 / 01.05.2022
5423
Rusiya Ukraynanın şərqindəki Donetsk vilayətinin Liman şəhərini atəşə tutub.
Sfera.az xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavlo Kıriyenko məlumat verib.
O bildirib ki, zərbələr nəticəsində dörd nəfər həlak olub.
Rusiya qoşunlarının Donetsk və Luqansk bölgələrini ələ keçirmək üçün hücumlarını gücləndirdiyi bir vaxtda Liman şəhəri son bir neçə gündə tez-tez atəşə tutulub.