Rusiya Hindistana nefti endirimlə satacaq

Rusiya Hindistana nefti endirimlə satacaq
Rusiya Hindistana "Urals” markalı neftin bir barrelini 35 dollara qədər endirimlə satmağa qərar verib.

Sfera.az xəbər verir ki, bu barədə "Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bu, digər alıcıların marağının azalması ilə bağlıdır.

Nəşr bildirir ki, bu yolla Rusiya Hindistanı yanacaq alışını artırmağa razı salmaq istəyir. Eyni zamanda, Hindistan Avropa ölkələri və ABŞ-ın təzyiqlərinə baxmayaraq, Asiyada Rusiya neftini almaqda ən çox maraqlı olan ikinci neft idxalçısıdır.

Agentlik Hindistanın hazırda 15 milyon barel neft almaq üçün danışıqlar apardığını öyrənib.

Martın 24-də Hindistanın dövlət neft emalı zavodu "Indian Oil Corporation” (IOC) Rusiyadan üç milyon barel "Urals” nefti alıb.

Bundan əvvəl "Business Standard” nəşri Hindistanın təxminən 15 milyon barel Rusiya neftini idxal etməkdə maraqlı olduğunu bildirmişdi. Nəşrin məlumatına görə, sövdələşmənin rubl və ya rupi ilə həyata keçiriləcəyi ehtimal edilir.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nə qədər işsiz var?

2022-ci il mayın 1-i vəziyyətinə əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 313 min 500 nəfər olub. Sfera.az xəbər verir ki, iqtisadi fəal ə...

İnflyasiya əhalinin xərclərini xeyli artırdı – Bir nəfər ayda nə qədər pul xərcləyib?

Bu il Azərbaycan istehlakçısının xərclərində böyük artım qeydə alınıb. Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci ilin...

Azərbaycanda qızıl istehsalının azalmasının hansı mənfi təsirləri var?

Bu ilin ilk 4 ayı ərzində ölkəmizdə qızıl istehsalında azalma, gümüş istehsalında artım qeydə alınıb. Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar-aprel a...

Sahibkarsınız? Biznesinizi daha rahat və sürətli böyüdə bilərsiniz!

Kredit növləri arasında ən çox seçilən nağd pul kreditlərindən biri də sahibkarların biznes yolunda müraciət etdiyi Mikrokreditdir. Bu yazımızda Mikrokreditlə...

Biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ: Hansı sahədə uğur qazanmaq olar? - FOTO

Bu gün hər hansı obyekt açmaq istəyən iş adamını narahat edən əsas məsələ həmin obyektin yerləşməsidir. Artıq bir faktdır ki, məkanın yerləşdiyi ərazi biz...

Bu məhsullar niyə sürətlə bahalaşır?

Məhsulların bir çoxu, o cümlədən yuyucu tozlar xaricdən tədarük olunur. İstehsalçı ölkələrin məhsulların qiymətini bahalaşdırması Azərbaycanda olan qiymətlərin ...