Rusiya "Bayraktar"lardan NARAHATDIR

Rusiya
Rusiya "Bayraktar TB2" zərbə tipli pilotsuz uçuş aparatlarının (PUA) Ukraynaya satılması ilə bağlı Türkiyəyə narahatlığını bildirib.
 
Sfera.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi adı açıqlanmayan Türkiyə rəsmisinə istinadən məlumat yayıb.
 
O bildirib ki, Rusiya rəsmiləri görüşlərdə PUA-ların satılmasından şikayətlənir və əsəbləşirlər.
 
"Amma biz onlara cavab veririk ki, bunlar özəl şirkətlər tərəfindən satılır və bu dron alışları müharibədən əvvəl də həyata keçirilib", - deyə rəsmi qeyd edib.
 
Türkiyə Rusiya ilə enerji, müdafiə və ticarət sahələrində sıx əməkdaşlıq edir. Buna baxmayaraq, Ankara və Moskva Liviya və Suriya münaqişə bölgələrində əks tərəfləri dəstəkləyir. Türkiyə Rusiyanın Ukraynaya hücumunu pisləyir, ancaq Qərbin Moskvaya tətbiq etdiyi sanksiyalara qoşulmur.
 
Qeyd edək ki, Ukrayna Rusiyanın hücumundan əvvəl Türkiyənin "Baykar" şirkətindən PUA-lar alıb. Eyni zamanda PUA-ların birgə istehsalı ilə bağlı tərəflər arasında müqavilə imzalanıb.


 

OXŞAR XƏBƏRLƏR

Putindən paradda diqqətçəkən AÇIQLAMA: “NATO Krıma hücuma hazırlaşırdı”

NATO ölkələri bizi eşitmək istəmədi. Onların tamamilə başqa planları var idi. Krıma hücum hazırlığı gedirdi”.  Sfera.az xəbər verir ki, bu barədə Rusiya P...

“Yəqin ki, bu həftə..." - Ərdoğandan Putinlə bağlı AÇIQLAMA

"Yəqin ki, bu həftə Putinlə görüşəcəyik”. Sfera.az bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Çamlıca Məscidində bayram namazı zamanı...

Ermənistan müxalifəti İrəvanın mərkəzi küçələrini bağladı - FOTOLAR

Ermənistan müxalifəti bu gün səhər saatlarından İrəvanın mərkəzi küçələrini bağlamağa başlayıb. Sfera.az erməni mediasına istinadən xəbər verir ki, bu bar...

Putinin bu görüntüsü yenidən gündəmi alt-üst etdi: Niyə masadan yapışır? - FOTO

Ötən gün Rusiya Prezidenti Vladimir Putinin Müdafiə naziri Sergey Şoyqu ilə görüşündə çəkilən bir foto gündəm olub.   Sfera.az xəbər verir ki, görüş əsna...

Rusiya Mariupola nəzarəti ələ keçirdi: Şoyqu Putinə məruzə etdi - VİDEO

Kremldə Rusiya Prezidenti Vladimir Putin və ölkənin müdafiə naziri Sergey Şoyqu arasında görüş keçirilir. Bu barədə məlumatı "TASS” yayıb. Görüşdə Ş...

Vaxtanq Kikabidze Putinin gələcək taleyilə bağlı PROQNOZ VERDİ

Gürcü aktyoru, rejissoru və müğənnisi Vaxtanq Kikabidze Ukraynanı qətiyyətlə dəstəkləyən, Rusiyanın bu ölkəyə təcavüzünü pisləyən sənətçilərdəndir. Sfera....