Rubl necə dəyərdən düşür? – Statistika

Rubl necə dəyərdən düşür? – Statistika
Rusiya Mərkəzi Bankının rublun son günlər dollar qarşısında dəyər qazandığı haqda məlumatları həqiqəti əks etdirmir.

Sfera.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O, rublun illərdir dəyər itirməsinin ardıcıllığını sıralayıb:

"2013-cü ildə, Rusiyanın Krımı işğalından öncə 1 dollar (il ərzində) ortalama 30 rubl 37 qəpik idi;

- 2015-ci ildə, Rusiyanın Krımı işğal etdikdən sonra 1 dollar (il ərzində) ortalama 56 rubl 23 qəpik oldu;

- 2021-ci ildə, Rusiya-Qərb gərginliyinin kəskin artması başlayanda 1 dollar 69 rubl oldu;

- 2022-ci ilin yanvar ayında ortalama qiymət 1 dollar 75 rubl 88 qəpik olub;

- 2022-ci ilin fevral ayında (müharibə 24 fevralda başladı) ortalama məzənnə 1 dollar - 77 rubl 40 qəpik oldu;

- 2022-ci ilin mart ayında ortalama məzənnə 1 dollar 104 rubl 08 qəpik olub”.

Ekspert qeyd edib ki, 2014-cü ildən, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 1 dollar 30 rubldan 104 rubla qədər – 3,4 dəfə bahalaşıb:

"Bu gün Rusiya MB-nin rəsmi məzənnəsi inzibati məzənnədir, bazarı əks etdirmir, müxtəlif məhdudiyyətlərə və biznesin üzərinə qoyulmuş məcburi öhdəliklərə görədir. Real məzənnə "qara bazardadır”, amma bir məsələ də var ki, tarix boyu "qara valyuta bazarı” olan ölkələrin sonu heç vaxt yaxşı olmur...”

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda nə qədər işsiz var?

2022-ci il mayın 1-i vəziyyətinə əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 313 min 500 nəfər olub. Sfera.az xəbər verir ki, iqtisadi fəal ə...

İnflyasiya əhalinin xərclərini xeyli artırdı – Bir nəfər ayda nə qədər pul xərcləyib?

Bu il Azərbaycan istehlakçısının xərclərində böyük artım qeydə alınıb. Sfera.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə 2022-ci ilin...

Azərbaycanda qızıl istehsalının azalmasının hansı mənfi təsirləri var?

Bu ilin ilk 4 ayı ərzində ölkəmizdə qızıl istehsalında azalma, gümüş istehsalında artım qeydə alınıb. Sfera.az xəbər verir ki, 2022-ci ilin yanvar-aprel a...

Sahibkarsınız? Biznesinizi daha rahat və sürətli böyüdə bilərsiniz!

Kredit növləri arasında ən çox seçilən nağd pul kreditlərindən biri də sahibkarların biznes yolunda müraciət etdiyi Mikrokreditdir. Bu yazımızda Mikrokreditlə...

Biznes qurmaq istəyənlərin NƏZƏRİNƏ: Hansı sahədə uğur qazanmaq olar? - FOTO

Bu gün hər hansı obyekt açmaq istəyən iş adamını narahat edən əsas məsələ həmin obyektin yerləşməsidir. Artıq bir faktdır ki, məkanın yerləşdiyi ərazi biz...

Bu məhsullar niyə sürətlə bahalaşır?

Məhsulların bir çoxu, o cümlədən yuyucu tozlar xaricdən tədarük olunur. İstehsalçı ölkələrin məhsulların qiymətini bahalaşdırması Azərbaycanda olan qiymətlərin ...