Rövşən Nəcəf: "TANAP-la 26 mlrd. kubmetrdən çox qaz nəql edilib"

16:08 / 22.04.2022
1359
İstifadəyə veriləndən Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə bu ilin 1 aprel tarixinədək 26,13 mlrd. kubmetr qaz nəql olunub.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, şirkətin prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf Twitter səhifəsində yazıb.
"Cari ilin 1-ci rübündə isə 4,01 mlrd. kubmetr Azərbaycan qazı Türkiyə və Avropa bazarına nəql olunub”, - paylaşımda bildirilir.
Xatırladaq ki, bu günə olan məlumata görə, kəmərin ötürmə qabiliyyəti 16 mlrd. kubmetrdir (6 mlrd. kubmetri Türkiyə, 10 mlrd. kubmetri isə Avropa üçün nəzərdə tutulub – red.). Kəmərin ötürmə gücü gələcəkdə 31 mlrd. kubmetrədək artırıla bilər.