Rihannanın nişanlısı həbs edildi: 550 min dollar girov tələb olunur

Rihannanın nişanlısı həbs edildi: 550 min dollar girov tələb olunur
Müğənni Rihannanın reper nişanlısı ASAP Rocky (Rakim Mayers) həbs edilib.
 
Sfera.az bildirir ki, buna səbəb ötən il Los-Ancelesdə baş vermiş silahlı atışma hadisəsi olub. 

Los-Anceles Polis Departamentinin yaydığı xəbərə görə, atışma 6 noyabr 2021-ci il saat 22:15 radələrində Hollivud ərazisində "iki tanış arasında" mübahisə zamanı baş verib. 

"Mübahisə daha da böyüyərək şübhəlinin qurbanı tapança ilə vurmasına səbəb olub. Rocky və daha iki nəfər hadisə yerindən qaçıblar”, - deyə bildirilib. Los Anceles Polis İdarəsi əlavə şərh verməkdən imtina edib.

Onun azadlığa buraxılması üçün 550 min dollar girov tələb olunduğu deyilib. O, pulu ödədikdən sonra sərbəst buraxılıb. Məhkəmə prosesi 17 iyunda keçiriləcək.

Türkan 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

45 minlik üz kreminə görə qınağa tuş gələn aktrisadan AÇIQLAMA: "İndi hər şey bahadır"

Dəbdəbəli həyatı ilə tez-tez gündəmdə olan aktrisa Yasemin Özilhan sosial şəbəkələrdəki paylaşımları ilə müzakirə obyektinə çevrilib.   Sfera.az bildirir...

“Şorgözlük məsələsində kişilərin günahı yoxdur" - İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı

Türkiyəli müğənni İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı, İdonun anası Derya Tuna diqqətçəkən açıqlamalar verib.   Sfera.az bildirir ki, Tunanın qadın v...

"Heç kimlə sevgili ola bilməyim deyə müqaviləyə xüsusi maddə əlavə etdirib" - Müğənninin keçmiş həyat yoldaşından şok sözlər

Türkiyəli müğənni Özcan Dənizdən qalmaqallı şəkildə boşanan Feyza Aktan son açıqlamaları ilə gündəmə gəlib.   Sfera.az bildirir ki, "2.Sayfa” verilişinə ...

Firəngiz Mütəllimova: "Məni şantaj etmək istəyirdilər" - MÜSAHİBƏ

Azərbaycan Xalq artisti Firəngiz Mütəllimovanın "Report" İnformasiya Agentliyinə müsahibəsi - Firəngiz xanım, necəsiz? Özünüzü necə hiss ed...

Yaraşıqlı aktyor boşandı - Ödəyəcəyi aliment miqdarı müzakirə mövzusu oldu

Türkiyəli aktyor İbrahim Çelikkol və həyat yoldaşı Mihre Çelikkolun boşanma davasının təfərrüatları ortaya çıxıb.   Sfera.az bildirir ki, məhkəmə protoko...

"Azərbaycanın ən yaraşıqlı kişisi" iş axtarır: "Sahənin fərqi yoxdur..."

Bir vaxtlar "Azərbaycanın ən yaraşıqlı kişisi" kimi təqdim edilən tanınmış model, aktyor Rüstəm Cəbrayılovun son paylaşımı təəccübləndirib.   Sfera.az bi...