Ramiz Mehdiyevlə bağlılığı olan şirkəti məhkəməyə verdilər

Ramiz Mehdiyevlə bağlılığı olan şirkəti məhkəməyə verdilər
Azərbaycanda informasiya-telekommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən biri olan "KASPİAN TELEKOM” MMC-yə qarşı məhkəmə iddiası qaldırılıb.

Sfera.az xəbər verir ki, "KASPİAN TELEKOM” MMC-yə qarşı məhkəmə iddiası "Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi tərəfindən qaldırılıb.

Bu ilin mart ayından qaldırılan iddia üzrə daha əvvəl dörd dəfə iclas təyin olunsa da, baş tutmayıb. Növbəti məhkəmə iclasının 31.05.2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə keçiriləcəyi bildirilir.

Məhkəmə iddiası əqli mülkiyyət hüquqi ilə əlaqədar mübahisələrə əsasən qaldırılıb.

Məlumat üçün bildirək ki, "KASPİAN TELEKOM” MMC uzun illərdir ki, özəl və dövlət qurumlarına, bank sektoruna, fiber-optik texnologiya bazasında ən müxtəlif İKT xidmətləri göstərir. "KASPİAN TELEKOM” MMC eyni zamanda "Ailə TV” kabel televiziyası və "Ailə NET” internet provayderi tərəfindən göstərilən xidmətlərə də sahibdir.

Şirkət tərəfindən açıqlanan məlumatda göstərilir ki, "KASPİAN TELEKOM” MMC Azərbaycan ərazisində fəaliyyət göstərən ən geniş miqyaslı fiber-optik infrastruktura malik olan və SWIFT xidmətini göstərən ən böyük şirkətdir.

28.07.2005-ci il tarixində dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 1020 manat təşkil edir. MMC-nin hüquqi ünvanı "İstiqlaliyyət küçəsi, ev 11, mənzil 17”də yerləşir.

Qeyd edək ki, "İstiqlaliyyət küçəsi, ev 11” ünvanı eyni zamanda Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin qızı Kəmalə Əliyevanın və nəvəsi Fidan Əliyevanın qeydiyyatda olduğu ünvandır.

"KASPİAN TELEKOM” MMC-nin qanuni təmsilçisi isə Əliyev Orxan Fikrət oğludur. Orxan Əliyevin Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyevin qardaşı Fikrət Əliyevin oğlu olduğu bildirilir.

Onu da bildirək ki, polkovnik rütbəsi daşıyan Əliyev Fikrət Əlisəftər oğlunun vaxtı ilə keçmiş Milli Təhlükəsizlik Nazirliyində işlədiyi bildirilir. Ramiz Mehdiyev AMEA prezidenti seçildikdən qısa müddət sonra Fikrət Əliyev AMEA İşlər idarəsinin müdir müavini təyin olunub.

Ramiz Mehdiyevə bağlı olduğu bildirilən "KASPİAN TELEKOM” MMC-ni məhkəməyə verən "Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi isə 17.05.1999-cu ildə 32 kinorejissorun təşəbbüsü ilə təsis edilib. Hazırda İctimai Birliyin İdarə heyətində Ramiz Rövşən, Siyavuş Kərim, Ramiz Həsənoğlu kimi Azərbaycanın tanınmış şəxsləri yer alır.






 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...