Rabitəbank və “Budapest Institute of Banking”in rəhbərləri arasında önəmli görüş

10:43 / 18.05.2022
1355
Macarıstanda rəsmi səfərdə olan Rabitəbank-ın İdarə Heyətinin
Sədri Aydın Hüseynov, səfər zamanı Budapeşt şəhərində yerləşən "Budapest
Institute of Banking”in (BIB) İcraçı Direktoru Fábián Gergely ilə görüş
keçirilib.
Görüşdə Rabitəbank ilə İnstitut arasında əməkdaşlıq imkanlarının
genişləndirilməsi mövzusunda müzakirələr aparılmşdır. Rabitəbank-ın işçi heyətinin
bankçılıq sahəsində bilik və bacarıqlarının artırılması ilə bağlı danışıqlar
keçirilmiş və əməkdaşlıq memorandumunun imzalanması istiqamətində müzakirələr
aparılıb.
Qeyd edək ki, BIB, bank işi və maliyyə üzrə təlimlər təklif edən təhsil institutudur. Təlim kursları çərçivəsində bazar tələblərinə uyğunlaşdırılmış müasir, innovativ və təcrübəyə əsaslanan ambisiyalara nail olunur.
Bundan
öncə də bank əməkdaşlarının maliyyə və iqtisadiyyat sahəsində ən müasir biliklərə
yiyələnmələri üçün bir çox tədbirlər keçirən Rabitəbank-ın əsas məqsədlərindən
biri əməkdaşlarının çalışdıqları sahə üzrə təcrübələrinə beynəlxalq təcrübələr
qatmaqdır.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.