Rabitəbank şəhid ailəsinə fərdi sahibkarlıqla bağlı dəstək göstərdi

Rabitəbank şəhid ailəsinə fərdi sahibkarlıqla bağlı dəstək göstərdi
Rabitəbank, "Özünüməşğulluq Layihəsi” çərçivəsində şəhid atasını fərdi sahibkarlıqla məşğul olmaq üçün lazım olan avadanlıqlarla təmin edib.


Sfera.az xəbər verir ki, 22.04.22 tarixində Rabitəbank əməkdaşları Özünüməşğulluq layihəsi ilə bağlı siyahıda olan Ağcabədi rayon sakini, şəhid atası Həziyev Feyruz Namət oğlu ilə görüşmüş və monitorinq zamanı Həziyev Feyruz Namət oğluna "Döşəmə və Parket cilalanması xidməti üzrə” avadanlıqların və ləvazimatların ehtiyac olduğu aşkarlanaraq həmin avadanlıqlarla təmin olunmuşdur.


Özünüməşğulluq layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan Memoranduma əsasən həyata keçirilir.


Qeyd edək ki, şəhid Həziyev Xəyal Feyruz oğlu 15.10.2020-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə könüllü olaraq iştirak edərək şəhid olmuşdur. Vətən uğrunda canından keçən şəhidlərimizi hörmətlə anır, şəhid ailələrinin qarşısında baş əyirik.


Rabitəbank bundan sonra da Özünüməşğulluq Layihəsi çərçivəsində daxil olan müraciətlərə əsasən vətəndaşlar üçün əvəzsiz olaraq müasir standartlara cavab verən avadanlıqların təmin olunmasında dəstək göstərəcəyini vurğulayıb.


"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
 

OXŞAR XƏBƏRLƏR

ran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı YENİ FAKTLAR

Mayın 16-da Azərbaycan-İran sərhədində baş vermiş insident zamanı güllələnərək öldürülən Azərbaycan vətəndaşı ilə bağlı bəzi faktlar üzə çıxıb. Sfera.az x...

Bakıdakı dəhşətli yanğından 6 il ötür… - FOTO

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 6 il ötür.   Sfera.az xəb...

Qaralovla Məmmədov milyonların hesabatını niyə vermir? - Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. Həmin o yol illərdir ki, təmir, bərpa olunur, amma hər dəfəsində dağılır. Bir tə...

“Litva Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır” - Millət vəkili

Xəbər verdiyimiz kimi  Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana səfər edib.  Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlh...

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib. Sfera.az xəbər verir ki, sərəncamla ...

Tanınmış vəkil həbs olundu - Blogerə qarşı 130 minlik dələduzluğa görə

Azərbaycanda tanınmış vəkil həbs edilib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş Vüqar Səfərli dələduzl...