QMİ-dən Ərəfatda baş verən qasırğa barədə AÇIQLAMA: "Azərbaycanlı zəvvarlar..."

QMİ-dən Ərəfatda baş verən qasırğa barədə AÇIQLAMA:
"Dünən axşam saatlarında Ərəfatda qısa müddətli qasırğa olub. Eyni zamanda güclü yağış yağıb və külək əsib. Təbii fəlakət nəticəsində azərbaycanlı zəvvarlardan xəsarət alan və zərərçəkən olmayıb”.

Sfera.az bildirir ki, bunu "Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul nümayəndəsi, hazırda Səudiyyə Ərəbistanında olan Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev deyib.

Onun sözlərinə görə, həmin vaxt azərbaycanlı hacı namizədlərinin bəziləri Minada, digərləri isə hoteldə olublar: "Kimsə sosial şəbəkədə hansısa şəkli yayaraq zəvvar yaxınlarını təşvişə salıb. Onların ailələrinə bildirmək istəyirəm ki, narahatlığa heç bir əsas yoxdur və hər şey qaydasındadır. Hər kəs sağ-salamatdır. Kimsənin səhhətində hansısa problem yoxdur”.

H.Babayev bildirib ki, azərbaycanlı zəvvarların hamısı hazırda Ərəfatda ibadətlə məşğuldur: "Zəvvarlar zöhr azanından şam namazına kimi Ərəfat çölündə vüqüf edəcək (dayanmaq), namaz qılacaq, dualar edəcəklər. Onlar şam azanından sonra Ərəfatdan çıxıb Müzdəlifəyə gedəcəklər. Hacı namizədləri Müzdəlifədə gün çıxanadək vüquf edəcək, ibadətlə məşğul olacaqlar. Avqustun 21-də isə zəvvarlar Minaya yollanacaq, əşyalarını qoyub, böyük şeytana daş atmağa gedəcəklər. Şeytan daşlandıqdan sonra geri qayıdıb, qurban kəsəcəklər”.

Xatırladaq ki, azərbaycanlı zəvvarlar avqustun 23-də Məkkəyə qayıdıb Həccin sonuncu əməllərini yerinə yetirəcəklər. Bununla da müqəddəs Həcc ziyarətinin bütün əməlləri tamamilə bitmiş hesab olunacaq. Həcc əməlləri bitdikdən sonra Məkkədə üç gün qalan hacılar Mədinə şəhərinə gedəcəklər. Orada da üç gün qaldıqdan sonra sentyabrın 1-dən geri qayıdacaqlar. Azərbaycana geri dönüş sentyabrın 1-dən günün ikinci yarısından sonra gündə iki reys olmaqla sentyabrın 5-nə qədər baş tutacaq.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb. Bu il Həcc ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Ötən il olduğu kimi, Azərbaycandan təkrar Həcc ziyarətinə gedəcək zəvvarlar əlavə 535 dollar ödəyiblər.



OXŞAR XƏBƏRLƏR

Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul qaydaları açıqlandı - VİDEO

Azərbaycan Müdafiə Nazirliyinin hərbi liseylərinə 2022/2023-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları açıqlanıb. Nazirlikdən Sfera.az-a bildirilib ...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib. Sfera.az  icmalı təqdim edir.   ...

Bakıdakı Xocalı yürüşündən - VİDEO

Xəbər verdiyimiz kimi, Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban ...

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında taktiki təlim keçirildi - VİDEO

"Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının xidməti ərazisində "Dövlət sərhədində silahlı basqınların dəf edilməsi və sərhəd axtarışının aparılması” mövzusunda tak...

Azərbaycan Ordusuna komandoların qəbulu elan edildi - VİDEO

Azərbaycan Ordusunun əməliyyat (komando) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başla...

Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı yoxlanıldı - VİDEO

2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş və tank bölmələrinin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yeri...