“Qəza yolun nahamar olmasına görə baş verib” - DYP

“Qəza yolun nahamar olmasına görə baş verib” - DYP
Baş Dövlət Yol Polisi İdarəsi Qusara yasa gedərkən bir ailənin həlak olduğu qəza ilə bağlı açıqlama yayıb.

İdarədən verilən məlumata görə, dünən təxminən saat 17:17 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 43-cü km-də Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu "Mercedes-Benz E320” markalı, 90-TF-497 nömrəli avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və metal konstruksiyalı arakəsməyə dəyərək avtomobili aşırıb.

Qəza nəticəsində sürücü S.Əhmədov və sərnişinləri – həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və övladı 2021-ci il təvəllüdlü Əliyev Həmzə Seymur oğlu ölüblər. Qəza zamanı həyatını itirən şəxslər həmin gün Qusar rayonunda dəm qazından zəhərlənərək ölən 5 nəfərdən ibarət ailənin yaxın qohumlarıdır və məlum səbəbə görə rayon istiqamətində tələsik yola düşüblər.

İlkin ehtimala görə, avtomobil yolda müəyyən olunmuş sürət həddindən yüksək sürətlə idarə edilib, eyni zamanda yol örtüyünün həmin hissəsi nahamar (dalğavari) olduğundan sürücü idarəetməni itirib və qəzanın qarşısını almaq mümkün olmayıb. Onlar heç biri təhlükəsizlik kəmərini bağlamayıb və hadisə nəticəsində avtomobildən kənara atılıblar ki, bu da həyatlarına son qoyub.

Bir daha hərəkət iştirakçılarından xahiş edirik ki, yolda müəyyən edilmiş sürət həddinə riayət etsinlər və mütləq təhlükəsizlik kəmərini bağlasınlar.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
 

(qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Bakıda gecə klubunda partlayışdan sonra DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO

3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış baş verib. Sfe...

Bakıda qumbaralar aşkarlanıb - VİDEO

Bakıda qumbaralar aşkarlanıb. Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "1...

Ötən sutka 52 yanğına çıxış olub - VİDEO

Ötən sutka Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən 52 yanğına çıxış, 2 kömək...

Bakı şəhər İcra Hakimiyyətinin qarşısında maşın aşdı - VİDEO

Bakı şəhəri, Səbail rayonu ərazisində ağır yol qəzası baş verib. Sfera.az xəbər verir ki hadisə şahidlərinin baku.ws-in "qaynar xətti”nə verdikləri məluma...

Zığ şosesində zəncirvari qəza - VİDEO

Bakıda zəncirvari avtomobil qəzası baş verib. Sfera.az  xəbər verir ki, hadisə Zığ şosesində qeydə alınıb. Qəza baş verən yerdən görüntüləri tə...

Zaurun verilişində qayınana gəlinin saçından tutub sürüdü - VİDEO

ATV kanalında yayımlanan "Bizimləsən” verilişində qalmaqal baş verib. Sfera.az xəbər verir ki, Zaur Baxşəliyevin proqramında iştirak edən gəlinlə qayınana...