Qeyri-neft-qaz sektoru üzrə ÜDM rekord həddə artıb - Nazir

10:56 / 22.04.2022
502
Qeyri-neft-qaz sektoru üzrə ümumi daxili məhsul (ÜDM) ötən ilin ilk rübü ilə müqayisədə rekord həddə artıb.
Sfera.az-ın məlumatına görə, bu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
"Qeyri-neft-qaz sektoru üzrə ÜDM ötən ilin ilk rübü ilə müqayisədə rekord həddə - 10,3% artaraq 15 mlrd. 9,9 mln. manata çatıb. Bu, Azərbaycan iqtisadiyyatında bərpa prosesinin sürətləndiyini göstərən mühüm göstəricidir", - nazir qeyd edib.