Qərb Putinin silahlarını yox etməyə hazırlaşır - 200 milyard dollarlıq layihə

Qərb Putinin silahlarını yox etməyə hazırlaşır - 200 milyard dollarlıq layihə
Moskvanın son addımı Qərblə gərginliyi daha da artırıb.
 
Sfera.az bildirir ki, buna səbəb Rusiyanın payızda ABŞ-ı vura biləcək nüvə raketlərini sınaqdan keçirəcəyini açıqlaması olub. "Roskosmos” kosmik agentliyinin rəhbəri Dmitri Roqozin deyib ki, "Satan 2” adlanan raketlər Moskvadan təxminən 3 min kilometr şərqdə, Krasnoyarsk vilayətinin Sibirin Uxur qəsəbəsində yerləşdiriləcək. "Şeytan 2” raketləri Moskvadan atıldıqda İngiltərənin paytaxtı Londona çata biləcək mənzilə malikdir, yəni sözügedən raketlə Rusiya bütün Avropa paytaxtlarını vurmaq gücünə sahibdir. Məlumata görə, ABŞ da raketin uçuş məsafəsi daxilindədir.

"British Express” qəzeti isə ABŞ-ın müdafiə sisteminin Rusiya raketlərini dayandıra biləcəyini iddia edib. 

"200 milyard dollarlıq layihə Putinin raketlərini yer üzündən silə bilər” başlıqlı xəbərə görə, sistem üç əsas elementdən ibarətdir. Birləşmiş Ştatlarda yerləşdirilmiş ən azı 44 yerüstü raket sisteminin olduğu düşünülür. ABŞ-ın raket əleyhinə müdafiə agentliyi bu sistemin 19 sınaqdan 11-ni uğurla keçdiyini bildirib. Qeyd edilib ki, ABŞ-ın raketlərdən qorunmasında mühüm rola malik olan "THAAD” atmosferin yuxarı qatlarında və atmosferdən gələn raketlərə qarşı mübarizə aparan yer əsaslı tutuculardan istifadə edir. Sistem indiyədək 15 dəfə sınaqdan keçirilib və sınaqlardan uğurla keçib. Məlumata əsasən, ABŞ-ın yeddi "THAAD” batareyası var və onlardan üçü Sakit Okeanda yerləşdirilib.

Qeyd edək ki, Rusiya bu yaxınlarda adi və ya nüvə başlığı daşıya bilən hipersəsli Zirkon raketinin yeni şəkillərini paylaşıb. Sözügedən raket Rusiya prezidenti
 
Vladimir Putinin təriflədiyi yeni nəsil rus silah texnologiyasının bir hissəsidir. Putin 2018-ci ildəki çıxışında hipersəs raketlərinin dənizdə və quruda 1000 kilometr məsafədəki hədəfləri vura biləcəyini açıqlamışdı. Raketi "dayanılmaz” və "məğlubedilməz” kimi xarakterizə edən Rusiya lideri, onların dünyanın demək olar ki, istənilən nöqtəsini vura biləcəklərini və ABŞ istehsalı olan raket qalxanından qaça biləcəklərini iddia edir.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Putinin müharibə taktikaları ilə bağlı yeni İDDİA

Rusiya prezidenti Vladimir Putin haqqında yeni iddia irəli sürülüb.   Sfera.az bildirir ki, Rusiya ilə Ukrayna arasındakı müharibəni izləyən ekspertlər P...

Fransada 30 il sonra qadın baş nazir təyin edildi - Elizabet Born kimdir?

Apreldə keçirilən seçkilərdən sonra kimin baş nazir təyin ediləcəyi ilə bağlı spekulyasiyalara səbəb olan Fransa prezidenti Emmanuel Makron seçildikdən 22 gün s...

"Sərhədlərə taktiki nüvə silahı yerləşdirəcəyik" - Rusiyadan NATO üzvü olmaq istəyən ölkələrə yeni TƏHDİD

Finlandiyanın NATO ilə bağlı son açıqlaması Moskvada səs-küyə səbəb olub.   Sfera.az-ın məlumatına görə, Rusiya dövlət televiziyası bildirib ki, Moskva ö...

ABŞ kəşfiyyatı: "Putin uzunmüddətli müharibəyə hazırlaşır" - Hədəfdə bu ölkələr var

Putinin uzunmüddətli müharibəyə hazırlaşdığı iddia edilib.   Sfera.az bildirir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının (DNI) direktoru Avril Haines Senatda...

“Pulitzer” mükafatının bu ilki qalibləri - SİYAHI

Dünyanın ən nüfuzlu mükafatlarından biri olan "Pulitzer” öz sahiblərini tapıb.   Sfera.az bildirir ki, Pulitzer Komitəsi bu il 15 nominasiya üzrə qaliblə...

Sabiq deputat miras məsələsinə görə qardaşını güllələdi - ANBAAN VİDEO

Milliyyətçi Hərəkat Partiyasının (MHP) keçmiş millət vəkili Kemalettin Nalcı qardaşını güllələyib.   Sfera.az bildirir ki, hadisə Çerkezköy mahalına bağl...