Qərb Putini yenə QƏZƏBLƏNDİRƏCƏK: Suriya və Liviyada istifadə edilən silahlar göndərilir

Qərb Putini yenə QƏZƏBLƏNDİRƏCƏK: Suriya və Liviyada istifadə edilən silahlar göndərilir
ABŞ və müttəfiqlərinin Almaniyada keçirilən sammitində Rusiya əleyhinə yeni qətnamələr qəbul edilib.
 
Sfera.az bildirir ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostinin ev sahibliyi etdiyi Ramşteyn Hava Bazasındakı Ukrayna toplantısına NATO üzvləri ilə yanaşı, Afrika və Asiya kimi müxtəlif qitələrdən olan ölkələr də qatılıb. Sözügedən görüş indi ayda bir dəfə təkrarlanacaq və Ukraynanın silah ehtiyacları müzakirə olunacaq.
 
Zirvə toplantısında elan edilən mühüm addımlardan biri də işğaldan əvvəl Ukraynaya silah göndərməkdən imtina edən Almaniyanın cəbhə xəttinə tanklar göndərəcəyini açıqlaması olub. Almaniyanın müdafiə naziri Kristin Lambrext "Gepard” hava hücumundan müdafiə tanklarının Ukraynaya göndəriləcəyini rəsmən dünyaya bəyan edib. Almaniyanın "Krauss-Maffei Wegmann” (KMW) silah şirkəti tərəfindən istehsal olunan 50-dən çox "Gepard” tankı Ukraynaya çatdırılacaq. Berlin administrasiyasına yaxın mənbələr bildiriblər ki, tanklar birbaşa KMW anbarlarından Ukraynaya daşına bilər və bunun üçün xərclər Almaniya və ya NATO büdcəsi hesabına qarşılanacaq. Almaniya naziri Lambrecht, "”Gepard” hazırda Ukraynada ən çox ehtiyac duyulan müdafiə silahıdır və onun hava məkanını qorumağa kömək edəcək”, - deyə söyləyib.

Digər tərəfdən, ABŞ-la birlikdə Ukraynaya ən çox silah göndərən ölkələr arasında yer alan İngiltərə "Stormer" zirehli maşınlarından sonra daha bir diqqətçəkən addım atıb. Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Ceyms Hippey deyib ki, bir neçə həftə ərzində Ukraynaya gəmi əleyhinə "Brimstone” raketləri göndəriləcək. Məlumata görə, sürətlə hərəkət edən quru və dəniz hədəfləri üçün nəzərdə tutulmuş raketlər təyyarələrdən atılır. BBC xatırladıb ki, sözügedən silah Suriya və Liviyada da istifadə olunur. Britaniyanın xarici işlər naziri Liz Truss isə bildirib ki, onun ölkəsi və ya digər Qərb dövlətləri Ukraynaya döyüş təyyarələri göndərməlidir.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

"Boş yerə yorulmasınlar, cavabımız bəllidir" - Ərdoğandan sərt AÇIQLAMA

"Müttəfiqlərimizin həssaslığımızı anlamalarını, hörmət etmələrini və dəstəkləmələrini gözləyirik. Sərhədlərimizi terrora qarşı qorumaq kimi öhdəliyimiz var”. &...

Türkiyənin “veto qərarı” Qərbi ŞOKA SALDI: Finlandiya ilə İsveç hansı addımı atacaq?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya və İsveçlə bağlı son açıqlaması dünya mediasında gündəm olub.   Sfera.az bildirir ki, Amerikanın "Wa...

NATO-dan Ərdoğanın çıxışına reaksiya: "Türkiyənin narahatlığı aradan qaldırılmalıdır"

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya və İsveçlə bağlı açıqlamasına reaksiya verib.   Sfera.az bildir...

Finlandiya NATO-ya rəsmi müraciət edir – “Avropanın xəritəsi dəyişəcək…”

Finlandiya rəsmi şəkildə NATO-ya müraciət edəcək.     Sfera.az xəbər verir ki, üzvlük qərarı bu ölkənin onilliklər boyu davam edən hərbi neytrallı...

Makronun Aİ-yə alternativ olaraq təklif etdiyi siyasi icmanın vədləri: ASB-yə üzv olmağa dəyərmi?

Makronun Aİ-yə daxil olmayan ölkələr üçün təklif etdiyi Avropa Siyasi Birliyi (ASB) geniş müzakirə mövzusuna çevrilib.   Sfera.az bildirir ki, Avropa coğ...

Baydenin Türkiyə ilə bağlı planı dəyişdi - Gözlənilməz tələb

Bayden adminstrasiyası Konqresdən Türkiyəyə yeni silahların satışını nəzərdə tutan sənədə icazə verilməsini tələb edib.   Sfera.az xarici mətbuata istina...