Qərar verildi - Bu xidmət haqqı ləğv edildi
21:40 / 13.04.2022
2073
Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda mühüm iqtisadi vasitə sayılan "İcazə” blankları üçün nəzərdə tutulan xidmət haqqı ləğv edilib.
Sfera.az xəbər verir ki, bu blankların alınması zamanı Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasına (ABADA) xidmət haqqı ödənilirdi.
Amma aprel ayından ABADA bu ödənişi daşıyıcı şirkətlərdən almır.
ABADA-dan bu qərarın daşıyıcıların mövcud vəziyyəti nəzərə alınaraq qəbul edildiyi bildirilib.