"Qazaxın 7 kəndi və Kərki azad ediləcək" – AÇIQLAMA

"Sərhədlərin delimitasiya və demarkasiyası ilə bərabər, Qazaxın işğalda olan 7 kəndi də geri qaytarılacaq”.
 
Bunu Sfera.az-a açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, siyasət yazarı Tural İrfan bildirib. Ekspert Brüssel görüşündə Paşinyanın bu məsələyə işarə etdiyinə diqqət çəkib:

"Məlum olduğu kimi Azərbaycan və Ermənistan liderləri arasındakı ən son danışıqlar Brüsseldə baş tutdu. Rəsmi İrəvan həmişəki qaydada üzərinə düşənlərdən boyun qaçırmağa çalışsa da, sonda şərtləri qəbul etməkdən başqa çarəsi qalmadı. Artıq Azərbaycan tərəfinin irəli sürdüyü beş bəndlik prinsipi Ermənistan qəbul edib. Demək bu bəndlərə əsasən, Ermənistanı məcbur edəcəklər ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə xələl gətirməsin və məsələ  sonlandırılsın. Habelə işğalda qalan ərazilər Azərbaycana qaytarılsın. Belə ki, ən əsas proses - digər tərəfdaş ölkələrin də maraqlı olduqları layihələrin, ortaq iqtisadi  bağların qurulması məsələsi irəlidədir. Ona görə Ermənistan tələsməyə məcburdur. Paşinyan Brüsseldəki görüşün yekunlarına dair çıxışında Qazaxın 7, Naxçıvanın isə Kərki kəndi ilə bağlı üstü örtülü də olsa, danışdı”. 

Müsahibimiz işğalda olan kəndlərin azad edilməsinin bu tarixdə gerçəkləşə biləcəyini deyib:

"Paşinyan həmin kəndlərin adını çəkmədən bildirib ki, işğal altında saxladıqları Azərbaycan kəndləri ilə bağlı məsələ müzakirə olunacaq və onlar geri qaytarılacaq. Zənnimcə, iki ölkə arasında sülh sazişi imzalanarsa və ərazi bütövlüyünün təmin olunması məsələsi başlıca mövzu olaraq gündəlikdə durarsa, o zaman adıçəkilən kəndlərin Azərbaycana qaytarılması mütləq təmin olunacaq. Əks halda sülh sazişi yarımçıq qalar, yaxud da tərəflərdən birinin digərinə qarşı iddiası təmin olunmamış olar ki, bu halda da qarşılıqlı razılıqdan söz gedə bilməz”. 

Əzizə Zeynal 
Sfera.az






OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

“Fərid Hacıyevin bu vəzifəyə təyinatı idarəçiliyə yeni ruh gətirəcək” – AÇIQLAMA

"Fərid Hacıyevin Milli Məclisin Aparat rəhbəri təyin olunması xəbərini məmnunluq hissi ilə qarşıladım. Bu cür önəmli və məsuliyyətli posta gənc bir kadrın təyin...

Baydenin son qərarı Rusiyanı diz çökdürəcək? - "Yayda qanlı döyüşlər gözlənilir..."

ABŞ prezidenti Co Bayden dünən "Ukrayna demokratiyasının müdafiəsi üzrə Lend-Liz Aktı"nı imzalayıb. Beləliklə, İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizə...

Putin “Qırmızı meydan”da nə deyəcək? - AÇIQLAMA

"Ukraynanın işğalı planı Rusiyanın istədiyi kimi getmir, hətta A planını – Kiyevi tutmağı - bacarmayan ruslar B planına - Donbası tamamilə zəbt etməyə də tam na...

Qriqoryanın son bəyanatı nəyə hesablanıb? – AÇIQLAMA

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Bakıdan  Qarabağdakı ermənilərin təhlükəsizliyinə təminat istədiyini açıqlayıb.  Qarabağ mü...