Qayıdış biletini də almaq olacaq - VİDEO

Qayıdış biletini də almaq olacaq - VİDEO

Avtobusla gediş-gəliş biletlərini əvvəlcədən almaq mümkün olacaq. Dövlət avtomobil nəqliyyatı xidməti bunun üçün sistem qurur. Sistem hazır olduqdan sonra sərnişinlər hər iki tərəfə bileti həm onlayn, həm də avtovağzalların kassalarından əldə edə biləcəklər.

Sfera.az "Xəzər Xəbər"ə istinadən bildirir ki, sərnişinin dediyi kimi Bakı Beynəlxalq Avtovağzalından bölgələrə yalnız birtərəfli qaydada bilet satışı həyata keçirilir. Əks istiqamətə, qayıdışa isə əvvəlcədən bilet almaq olmur. Buna görə də Dövlət Avtomobil Nəqliyyatı Xidməti ikitərəfli biletin internet vasitəsi ilə onlayn satışı üçün sistem üzərində işləyir.

Sistem hazır olduqdan sonra həm Bakıdan, həm də rayonlardakı avtovağzalların kassalarından əvvəlcədən gediş-gəliş biletini almaq mümkün olacaq. Məqsəd xüsusilə də bayram günlərində rayonlara gedib, dönüşdə yaşanan sıxlığın qarşısını almaqdı.

Gediş-gəliş biletinin qiymətində həm onlayn, həm də kassadan alınarkən heç bir artım olmayacaq. Yaxın vaxtlarda tətbiq ediləcək sistem sərnişinlərlə yanaşı sürücülərin də ürəyincədir.

Bakı Beynəlxalq Avtovağzalda bilet satışı kassaları isə üçüncü mərtəbəyə qaldırılıb. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Şəfa Mehmanqızının sözlərinə görə Novruz bayramı ilə əlaqədar martın 15-dən tətil qurtarana qədər avtovağzal gücləndirilmiş iş rejmində işləyəcək.

]


OXŞAR XƏBƏRLƏR

“OĞRU, QULDUR, BANDİT” NAZİRLƏR?! – Siyavuş Novruzovdan sensasiyalı fikirlər

YAP-ın icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov XİN rəhbəri Elmar Məmmədyarovun DTX-ya müraciətini şərh edərkən maraqlı fikirlər səs...

Prezidentdən daha bir şad xəbər - ONLARIN MAAŞINI DÖVLƏT VERƏCƏK

"Hesab edirəm ki, bu genişmiqyaslı iqtisadi və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, eyni zamanda, həssas təbəqəyə aid olan...

Prezidentin köməkçisindən vacib açıqlama: Azərbaycanda həyəcan siqnalı...- VİDEO

"Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd ...

Paşinyandan aprel döyüşləri ilə bağlı SENSASİON SÖZLƏR: “Bunu Rusiya başlatdı, məqsədi…”

  Ermənistanın "Fakt” qazeti ölkə parlamentində fəaliyyət göstərən və Aprel döyüşlərində Ermənistan ordusunun məğlubiyyətini araşdıran dövlət komissiyasın...

Elman Nəsirovdan gülməli açıqlama: "Dərsindən 3 alanlar potensial terrorçulardır..."

  "2 qiymətlə oxuyan gənclər totalitar, avtoritar cəmiyyətlərin nümayəndələri olur və belə cəmiyyətlərdə terrorizm, radikalizm üçün real şərait olmur". D...

YAP-ın gənclər təşkilatının sədri seçicilərlə görüşə helikopterlə gəldi - FOTO

  Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov seçicilərlə görüşə helikopterlə gedib.   Sfera.az modern.az...