Qaxda yük maşını məktəblini vurdu
14:40 / 22.02.2022
1019
Qax rayonunda 1-ci sinif şagirdini yük avtomobili vurub.
Sfera.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Qaxbaş kəndi ərazisində qeydə alınıb.
Rayon sakini, 2015-ci il təvəllüdlü Nihat Sarıyev marşrut avtobusundan düşüb yolu keçərkən hərəkətdə olan "Ford" markalı yük avtomobili onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan N.Sarıyev Qax Rayonu Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, 7 yaşlı Nihat Sarıyev Qax şəhər 1 saylı tam orta məktəbin 1-ci sinif şagirdidir.
Faktla bağlı araşdırma aparılır.
(report)