Qaxda axtarışda olan narkotacir tutuldu - FOTOLAR

Qaxda axtarışda olan narkotacir tutuldu - FOTOLAR
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Şəki rayon sakini, başqa bir cinayət əməlinə görə məsuliyyətindən yayındığı üçün barəsində 2020-ci ildən axtarış elan edilmiş Səxavət Əliyev şübhəli şəxs qismində saxlanılıb.

İlkin araşdırma zamanı onun Şəki rayonundan Qaxa gələrək burada narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib. O, ifadəsində əməlini etiraf edib və narkotik vasitəni Ağyazı kəndi ərazisindəki körpünün altında gizlətdiyini bildirib. S.Əliyevin də iştirakı ilə polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və oradan sellofan torbada, eləcə də kibrit qutularında ümumi çəkisi yarım kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və S.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

OXŞAR XƏBƏRLƏR

DTX onu həbs etdi - FOTO

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir. Sfera.az ...

Evindən narkotika tapılan qadın edama məhkum edildi – FOTO

İsrailli Fida Kivan Dubaydakı evində narkotik saxlamaqda günahkar bilinərək edam cəzasına məhkum edilib. Sfera.az xəbər verir ki, bəzi mənbələrdə 38, bəzi...

Rus-türk mafiyasının 1 ton kokainini ələ keçirən şəxs - “Valyagin cinayəti”

Baltikyanı ölkələrdə kriminal dünyanın əfasənəsi sayılan Gennadi Valyaginin (Dlinnıy) qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.  Sfera.az xatırla...

Goranboyda arvadını öldürən şəxsin FOTOLARI

Xəbər verdiyimiz kimi, Goranboyda həyat yoldaşını avtomobillə vurduqdan sonra bıçaqla qətlə yetirən şəxs saxlanılıb. Sfera.az bildirir ki, "Qafqazinfo”nun...

Polisin öldüyü qəza ilə bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi Hacıqabul rayonunda polis əməkdaşının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb. DİN-in Mətbuat xidmətindən Sfera.az-a verilən xəbə...

Bakıda polislərin əmrinə tabe olmayan "Range-Rover"in sürücüsü həbs edildi - FOTO + VİDEO

Bakıda yol hərəkəti qaydalarını ardıcıl kobud şəkildə pozan və polislərin "Saxla" əmrinə tabe olmayan sürücü inzibati qaydada həbs edilib. Bu barədə Sfera...