Qarabaşaq yarması və qaynadılmış toyuq döşü yeyirsinizsə... - Arıqlamaq istəyənlərin buraxdığı səhvlər

Qarabaşaq yarması və qaynadılmış toyuq döşü yeyirsinizsə... - Arıqlamaq istəyənlərin buraxdığı səhvlər
Rusiyalı diyetoloq Yekaterina Markova arıqlamağa başlayan insanların ən çox buraxdığı səhvlər haqqında açıqlama verib. O, bu barədə "Moslente” nəşrinə danışıb.
 
Sfera.az bildirir ki, diyetoloqun fikrincə, insanların arıqlamaq məqsədilə daha çox buraxdığı səhv, qarabaşaq yarması və qaynadılmış toyuq döşü ilə pəhrizə başlamasıdır. 

"Sağlam qidalanmanın əsas prinsipi odur ki, yeməklərin dadı bəyənilməlidir. Taxıl, ət, quş əti, balıq, dəniz məhsulları, paxlalılar, tərəvəzlər, meyvələr, giləmeyvə çeşidləri çoxdur. Bu siyahı sadəcə qarabaşaq yarması və qaynadılmış quş ətindən daha genişdir”, -  deyə ekspert izah edir. Markova internetdə maraqlı pəhriz reseptləri axtarmağı, eləcə də yeməklərlə təcrübə aparmaqdan qorxmamağı və yeməyə ədviyyatlar əlavə etməklə yeni dadları sınamağı məsləhət görüb.

Mütəxəssisin fikrincə, başqa bir səhv aşağı kalorili qidalara üstünlük verilməsidir. Diyetoloq qeyd edir ki, bu vəziyyət adekvat çəki itkisinə deyil, daha çox tükənməyə səbəb olur: "Hər şeyi yemək səmərəsizdir. Amma qida kalori normasına uyğun olmalıdır. Bədən sağlam qidalar almalıdır. Əks təqdirdə, bədən yağ yığacaq”.

Bəzən arıqlamaq istəyənlər şam yeməyinin əvəzinə yalnız qatıqdan istifadə etməklə kifayətlənir. Diyetoloq bunu da riskli hesab edir: "Şam yeməyini tamamilə qatıq və ya kefirlə əvəz etməyi məsləhət görmürəm. Buna görə axşam yeməyini süd məhsulları ilə əvəz etmək səmərəsizdir və insulin problemi olan insanlar üçün təhlükəli ola bilər.

İlk növbədə, orqanizm tam müayinədən keçirilməli və artıq çəki yaradan çatışmazlıqlar müəyyən edilməlidir. Daha sonra buna uyğun qidalanma qaydası təyin edilməlidir. Hamı üçün eyni qidalanma menyusunu və qaydasını tətbiq etmək düzgün deyil”.

Vasif 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Koronavirusun əlamət və ağırlaşmaları 2 il davam edir - Yapon həkimlər

Covid ağırlaşması ilə xəstəxanaya yerləşdirilən pasiyentlərin yarıdan çoxunda simptomlar 2 ilə yaxın qala bilir. Sfera.az xəbər verir ki, bunu Çin-yapon bir...

Bu dərmanın istifadəsi təkrar virus yaradır – XƏBƏRDARLIQ

ABŞ-da həkimlər və səhiyyə rəsmiləri "Pfizer"in evdə istifadə edilə bilən Paxlovid həbi ilə bağlı şübhələrin olduğunu bildiriblər.   Sfera.az xəbər verir...

İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı artdı - SİYAHI

Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı ...

“TURKOVAC"-ın Azərbaycandakı sınaqları 15 ay davam edəcək

Türkiyənin koronavirusa qarşı yerli vakisini olan "TURKOVAC"ın 3-cü faza sınaqlarının Azərbaycanda aparılması davam edir.   Sfera.az xəbər verir ki, b...

İqlim böhranı yeni bir pandemiyaya yol aça bilər - Həyəcan TƏBİLİ

İqlim böhranı yeni bir pandemiyaya yol aça bilər.   Sfera.az bildirir ki, bu barədə Amerikanın Corctaun Universitetində araşdırma aparılıb.   Qey...

Kimlərə səhər yumurta yemək olmaz? - Endokrinoloqdan açıqlama

Yumurta, xüsusən sarısı qanda xolesterini yüksəldir, lipid baıansını pozur. Sfera.az xəbər verir ki, endokrinoloq Yelena Ostrovskaya ürək-damar xəstəliklə...