Qarabağda yeni erməni təhlükəsi

Qarabağda yeni erməni təhlükəsi

 

Ermənistan müdafiə naziri Seyran Ohanyan iddia edib ki, Rusiya ilə havadan müdafiə sistemlərinin birləşdirilməsi İrəvana Moskvanı xəbərdar etmədən Rusiyaya məxsus qırıcılardan və S-300 raketlərindən istifadə etməyə imkan yaradacaq.

 
Ermənistanın ictimai televiziyası ilə çıxış edən Seyran Ohanyan deyib:

"Bu sazişin çərçivəsində biz regional havadan müdafiə tapşırıqların yerinə yetirilməsi zamanı biz Rusiyanın dördüncü nəsil çox funksiyalı qırıcı təyyarələrindən, S-300 sistemlərindən, raket əlyehinə imkanlarından istifadə edə bilərik. Hava kəşfiyyatı çərçivəsində geniş radiolakasiya imkanlarından da yararlana bilərik".

Şəksiz ki, regional müdafiə tapşırıqları dedikdə erməni nazir Qarabağda baş verəcək döyüşləri nəzərdə tutub. Yəni onun dediyindən belə çıxır ki, Ermənistanla Rusiya arasında havadan müdafiə sistemlərinin birləşdirilməsi barədə saziş bağlandıqdan sonra İrəvan Qarabağda baş verəcək döyüşlərdə Rusiyanın Gümrüdəki hərbi bazasındakı raketləri və İrəvandakı rus qırıcı təyyarələrini istifadə edə biləcək.

Özü də, bununla bağlı İrəvanın Moskvadan icazə istəməsinə ehtiyac qalmayacaq: "Həm dinc, həm də döyüş şəraitində havadan müdafiə sisteminin erməni hissəsi Ermənistanın havadan müdafiə sisteminin və aviasiyasının komandanlığı altında olacaq. Əmrləri Ermənistan silahlı qüvvələrinin baş qərargahı, Ermənistan aviasiyası və Ermənistanın havadan müdafiə sistemi verəcək".



OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Ermənistandakı aksiyalardakı zorakılıqlara Qərb niyə səssiz qalır? - TƏHLİL

Ermənistanda etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarından etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağ...

Azərbaycanda yeni Mərkəz yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. ...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

İlham Əliyev türkiyəli naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyəti...