"Qanun"dan oğurluq edənlər tutuldular

 
Bakıda oğurluqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər tutulub.

Sfera.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, DİN-in və Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər xidmətləri və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Feyruz Novruzov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Natiq İsayev, İsmayıl Yusifov, Neftçala rayon sakinləri Vüsal Əsgərov, Şahmar Abdulov və Zəngilan rayon sakini Vüqar Səlimov saxlanılıblar. F.Novruzovdan 1,26 qram heroin, N.İsayevdən 1,32 qram, İ.Yusifovdan 2,37 qram, V.Əsgərovdan 1,515 qram, Ş.Abdulovdan 1,375 qram və V.Səlimovdan 1,960 qram tiryək aşkar edilərək götürülüb.

Nəsimi RPİ tərəfindən V.Səlimovun və F.Novruzovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların sentyabrın 27-də Bakı şəhər sakini Şahbaz Rüstəmxanlıya (Xuduoğlu) məxsus "Nəşriyyat evi”ndən 4200 manat pul oğurlamaları müəyyən eidlib.

Araşdırmalar zamanı V.Səlimovun sentyabrın 26-da Nigar Köçərlinin müdir işlədiyi "Qanun” Nəşriyyatı MMC-yə məxsus ofisdən də içərisində 13 min manat olan seyfi oğurlaması, həmçinin həmin MMC-də çap şöbəsində işləməsi də müəyyən edilib.

Araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Lənkəranda taksiyə müştəri qismində əyləşib evinə sürdürdü: Öldürüb, həyətində basdırdı - TƏFƏRRÜAT

Lənkəranda qətl törətməkdə təqsirləndirilən Elvin Hüseynzadəyə hökm oxunub və o, 19 il müddətinə azadlıqdan məhrum edilib.   Bu barədə "Report”a zər...

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş... - Bakıdakı QƏTLİN TƏFƏRRÜATI

Bakıda 24 gün əvvəl törədilən qətllə bağlı bəzi məqamlar üzə çıxıb. Sfera.az xəbər verir ki, söhbət bu ilin aprel ayının 23-də paytaxtın Nərimanov rayonu ər...

“Eldar Mahmudovun adından böyük məbləğlərdə pullar tələb edirdi” – MTN işində şok ifadələr

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Y...

Əməliyyat keçirildi - 202 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) mayın 13-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən Sfera.az-...

Sumqayıtda kirayədə qalan qadın niyə öldürülüb? - QONŞULAR DANIŞDI - VİDEO

Ötən gün Sumqayıtda gənc qadın tanışı tərəfindən boğularaq qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə Xəzər TV sujet hazırlayıb. İlkin araş...

Vilyam Hacıyevin məhkəməsində ŞOK İFADƏ: “Rüşvət yox, rüsum ödəmişəm”

Artıq uzun zamandır ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Sfera.az-ın xəbərinə gö...