“Qaçqınkom”da soyunub intihar edən şəxsi Manaf Ağayev xilas elədi - VİDEO

“Qaçqınkom”da soyunub intihar edən şəxsi Manaf Ağayev xilas elədi - VİDEO
Bu dəqiqələrdə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin binasından intihara cəhd olunur.

Sfera.az BakuPost-a istinadən xəbər verir ki, məcburi köçkün, gözdən əlil idmançı Natiq Hüseynov mənzil problemləri ilə əlaqədar sədrin qəbuluna gəlib, məsələnin həll olunmadığını görən əlil binanın 4-cü mərtəbəsinə çıxaraq, şüşələri qırıb, qollarını kəsib. 

Hal-hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub. 

Hadisə yerinə müğənni Manaf Ağayev gələrək onu intihar fikrindən daşındırıb. Hazırda sədrin qəbulundadırlar.
 
Komitənin mətbuat xidmətindən BakuPost-a bildirilib ki, şikayətçinin probleminin həllinə çalışılır: "Onların evlərinin sökülməsi mart ayında baş verib. Qonşularının dediklərinə görə həmin ərazini "Yusifoğlu MMC" alıb. Yəni, əslində, problem komitə ilə bağlı deyil, həmin tikinti şirkəti ilə bağlıdır. Buna baxmayaraq, məsələni sədrimiz Rövşən Rzayev diqqətə götürüb. Vətəndaşımızın probleminin həlli üçün müvafiq addımlar atılacaq”. 
 
Hadisə araşdırılır. Ətraflı məlumat veriləcək.
 
***
 
 
Bakıda Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin binasında hadisə yaşanıb. 
 
Sfera.az bildirir ki, Azxeber.com hadisə şahidlərinin göndərdiləri görüntülərdə, orta yaşlı vətəndaş yarıçılpaq halda binanın qəbul şöbəsinin yerləşdiyi korpusuna çıxıb və oradan özünü aşağı atacağını bildirib. Hadisə yerinə FHN-nin xilasedicilərin və çoxlu sayda polis əməkdaşları cəlb edilib. 
 
Qəbul otağında olan və daha sonra binanın axırıncı mərtəbəsinə çıxan şəxs probleminin həllini tələb edir. 
 
Hadisə yerindən çəkilmiş foto və videoları təqdim edirik. Ətraflı məlumat veriləcək. 
 
***

Hadisə ilə bağlı Qaçqınkomun Mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev "qafqazinfo"ya açıqlama verib. O bildirib ki hazırda həmin şəxs xilas edilib: "Ona tibbi yardım göstərilir. Hansı səbəbdən bu addımı atdığı hələ ki, bizə məlum deyil. Bu haqda məlumat verəcəyik”.
 
 



OXŞAR XƏBƏRLƏR