Putinin növbəti hədəfi BU ÖLKƏDİR

Putinin növbəti hədəfi BU ÖLKƏDİR
Hərbi ekspert Oleksiy Melnik bildirib ki, Vladimir Putinin Donbasda qələbə qazanacağı təqdirdə növbəti hədəfi Moldova ola bilər.

Sfera.az xəbər verir ki, ekspertin fikrincə, Rusiya prezidentinin geriyə yolu olmayacaq.

"Moldovanı tutandan sonra ruslar Kalininqrada dəhliz çəkə bilər” – deyə o qeyd edib.

"Rusiyanın Ukraynaya qarşı müharibənin ikinci mərhələsi ilə bağlı planları əslində Kremlin bizim ölkədə (Ukraynada – red.) dayanmaq fikrində olmadığını göstərir. Növbəti ehtimal hədəf Dnestryanı, Moldova, daha sonra isə Kalininqrada quru dəhlizidir” – Melnik vurğulayıb.

O qeyd edib ki, Putinin planlarının uğuru və ya uğursuzluğu birbaşa Avropanın Ukraynanın ruslarla müharibədə müqavimətini dəstəkləməyə hazır olmasından asılıdır: "Təcavüzkarı dayandırmaq məsələsi Qərbin dəstəyi ilə Ukrayna ordusunun gücüylə olacaq”.

Qeyd edək ki, Ukraynaya qarşı genişmiqyaslı hücum fonunda Rusiyanın təcavüzünə qarşı loyal siyasəti ilə seçilən Moldova Aİ-yə üzvlük üçün müraciət etmək istəyir. Müharibə başlayandan bəri hökumət Rusiyaya qarşı sanksiyaların dəstəklənməsini sabotaj edib və hətta "Rusiya qorxusuna” görə bir neçə döyüşçünü təhvil verməkdən də imtina edib.

Moldovanın "bitərəflik” elan etməsinə baxmayaraq, Rusiya guya "rusdilliləri qorumaq” üçün Dnestryanını ələ keçirmək niyyətini açıq elan edib. Moldova isə buna dərhal reaksiya verərək Moskvanın bəyanatlarını "əsassız” və "qəbuledilməz” adlandırıb. Publika.az
 

OXŞAR XƏBƏRLƏR

Rusiyanın YENİ OYUNU: Sərhəddə “Təmas qrupu” yaradılır?

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb.   Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-d...

Ermənistandakı aksiyalardakı zorakılıqlara Qərb niyə səssiz qalır? - TƏHLİL

Ermənistanda etiraz aksiyaları davam edir. Bu gün səhər saatlarından etibarən vətəndaş itaətsizliyi aksiyaları intensivləşib. Etirazçılar vaxtaşırı küçələri bağ...

Azərbaycanda yeni Mərkəz yaradıldı - FƏRMAN

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb. ...

Türkiyə, Finlandiya və İsveç üz-üzə...- Yeni qarşıdurma yaranır?

Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etiraz etməsindən sonra ortalıq bir qədər qarışmış kimi görünməkdədir. Ötən gün finlandiyalı millət vək...

Yenidən üçtərəfli görüş keçiriləcək? - "Qarşıdakı günlərdə Putin..."

"Kreml hətta indiki gərgin məqamda belə, Cənubi Qafqaza nəzarəti itirmək istəmir”.   Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov Rusiya xa...

İlham Əliyev türkiyəli naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyəti...