Putinin keçmiş kürəkəninin də villasına həbs qoyuldu - SİYAHI

Putinin keçmiş kürəkəninin də villasına həbs qoyuldu - SİYAHI
Fransada rusiyalı oliqarxlara məxsus daha 3 malikanəyə həbs qoyulub.

Sfera.az xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.

Telekanalın məlumatına görə, ölkənin İqtisadiyyat və Maliyyə Nazirliyi həbs edilən Rusiya əmlakları siyahısına Rusiyanın alüminium nəhəngi "Rusal” şirkətinin rəhbəri Oleq Deripaskanın 2005-ci ildə alınmış Sankt-Trope və Ramatyuel bələdiyyələri arasında yerləşən böyük villasını əlavə edib.


 
Biarrits şəhərindəki ikinci villa isə Rusiyanın ən böyük neft-kimya şirkəti "Sibur”un bir neçə yüz milyonluq bazar dəyəri ilə 100 dollara pay alan rus oliqarxı, Rusiya Prezidenti Vladimir Putinin keçmiş kürəkəni Kirill Şamalova (Katerina Tixonovanın keçmiş həyat yoldaşı, 2013-2018-ci illərdə evli olublar – red.) məxsusdur. BFM TV-nin məlumatına görə, onun atası Nikolay Şamalov Putinin "şəxsi bankiri” kimi tanınır.


 
Üçüncü həbs edilmiş malikanə Sen-Jan-Kap-Ferrada yerləşir və onu 2000-ci illərdə almış çeçen iş adamı, "Alliance” qrupunun prezidenti Musa Bajayevə məxsusdur. Villa Versalın yanında yerləşən məşhur saray əsasında tikilib.

Qeyd edək ki, Avropa İttifaqında sanksiya tətbiq edilən rusiyalı oliqarxların əmlaklarına həbs qoyulur, hesabları dondurulur. BFM TV xəbər verir ki, Fransa artıq dörd yaxta, altı helikopter və 30-a yaxın villanı dondurub.

"Forbes”in aprelin 17-nə olan məlumatına görə, Fransa sanksiyaya məruz qalan rus oliqarxların ümumi dəyəri 920 milyon dollar olan 41 mülkünü dondurub. (Qafqazinfo)









 

OXŞAR XƏBƏRLƏR

"Boş yerə yorulmasınlar, cavabımız bəllidir" - Ərdoğandan sərt AÇIQLAMA

"Müttəfiqlərimizin həssaslığımızı anlamalarını, hörmət etmələrini və dəstəkləmələrini gözləyirik. Sərhədlərimizi terrora qarşı qorumaq kimi öhdəliyimiz var”. &...

Bakıda güclü YANĞIN - Ölən var - VİDEO + YENİLƏNİB

Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb.   Fövqəladə Hall...

Türkiyənin “veto qərarı” Qərbi ŞOKA SALDI: Finlandiya ilə İsveç hansı addımı atacaq?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya və İsveçlə bağlı son açıqlaması dünya mediasında gündəm olub.   Sfera.az bildirir ki, Amerikanın "Wa...

Zelenski azərbaycanəsilli komandiri TƏLTİF ETDİ - FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski azərbaycanəsilli hərbçinin təltif olunması barədə sərəncam imzalayıb. Sfera.az-ın xəbərinə görə, bunu Ukraynanın Azərb...

NATO-dan Ərdoğanın çıxışına reaksiya: "Türkiyənin narahatlığı aradan qaldırılmalıdır"

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya və İsveçlə bağlı açıqlamasına reaksiya verib.   Sfera.az bildir...

Ərdoğandan Qərbə NÖVBƏTİ ŞOK: Qəti mövqeyini elan etdi

Rəsmi Ankara Finlandiya və İsveçin NATO-ya üzv olmasına razı olmayacaq, çünki iki ölkə respublikanın terror təşkilatlarının üzvlükdə şübhəli bilinən şəxslərin e...