Putinin iki aya çökən ordusu nə zaman yenilənəcək? – Qərb mediasından PROQNOZ

Putinin iki aya çökən ordusu nə zaman yenilənəcək? – Qərb mediasından PROQNOZ
Rusiyanın silah və hərbi texnikasının dəyişdirilməsinə illər lazım olacaq.
 
Sfera.az bildirir ki, bu barədə Britaniyanın "The Times” qəzeti məlumat dərc edib. Rus ordusunun cəmi iki ayda 500-dən çox tank və 1500-dən çox zirehli texnika itirdiyini bildirən qəzet, Kiyev ətrafında məğlubiyyətdən sonra Vladimir Putinin anbarlarındakı raketlərin 70 faizini istifadə etdiyini vurğulayıb.

Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş məsləhətçisi Mark Cancian xatırladıb ki, Rusiya ötən illərdə hər il təxminən 250 tank və 150 təyyarə istehsal edib. Ekspert, Kremlin istehsalı üçün uzun illər lazım olan raketlərdən artıq istifadə etdiyini deyib: 

"Ukraynada işğal bitdikdən sonra Rusiyanın itirdiyi və istifadə etdiyi silahları yenisi ilə əvəz etməsi və yeni silah hazırlaması üçün illər lazım olacaq”.

Qeyd edək ki, Ukrayna ordusunun son məlumatına görə, müharibədə 22 min 400 rus əsgəri öldürülüb. 185 döyüş təyyarəsi və 155 helikopterin vurulduğunu bildirən Kiyev rəhbərliyi məhv edilən tankların sayını 939 olaraq təqdim edib. Bildirilib ki,  Rusiyanın itirdiyi zirehli texnikanın sayı 4000-dən çoxdur.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Putinin müharibə taktikaları ilə bağlı yeni İDDİA

Rusiya prezidenti Vladimir Putin haqqında yeni iddia irəli sürülüb.   Sfera.az bildirir ki, Rusiya ilə Ukrayna arasındakı müharibəni izləyən ekspertlər P...

Fransada 30 il sonra qadın baş nazir təyin edildi - Elizabet Born kimdir?

Apreldə keçirilən seçkilərdən sonra kimin baş nazir təyin ediləcəyi ilə bağlı spekulyasiyalara səbəb olan Fransa prezidenti Emmanuel Makron seçildikdən 22 gün s...

"Sərhədlərə taktiki nüvə silahı yerləşdirəcəyik" - Rusiyadan NATO üzvü olmaq istəyən ölkələrə yeni TƏHDİD

Finlandiyanın NATO ilə bağlı son açıqlaması Moskvada səs-küyə səbəb olub.   Sfera.az-ın məlumatına görə, Rusiya dövlət televiziyası bildirib ki, Moskva ö...

ABŞ kəşfiyyatı: "Putin uzunmüddətli müharibəyə hazırlaşır" - Hədəfdə bu ölkələr var

Putinin uzunmüddətli müharibəyə hazırlaşdığı iddia edilib.   Sfera.az bildirir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının (DNI) direktoru Avril Haines Senatda...

“Pulitzer” mükafatının bu ilki qalibləri - SİYAHI

Dünyanın ən nüfuzlu mükafatlarından biri olan "Pulitzer” öz sahiblərini tapıb.   Sfera.az bildirir ki, Pulitzer Komitəsi bu il 15 nominasiya üzrə qaliblə...

Sabiq deputat miras məsələsinə görə qardaşını güllələdi - ANBAAN VİDEO

Milliyyətçi Hərəkat Partiyasının (MHP) keçmiş millət vəkili Kemalettin Nalcı qardaşını güllələyib.   Sfera.az bildirir ki, hadisə Çerkezköy mahalına bağl...