Putindən sanksiyaların təsirini azaldacaq qeyri-adi ADDIM - "Oğurluğa icazə" verilir

Putindən sanksiyaların təsirini azaldacaq qeyri-adi ADDIM -
"Rusiya sanksiyaların təsirini azaltmaq üçün daha bir qeyri-adi addım atır - oğurluğa icazə  verməyə hazırlaşır”.
 
Sfera.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun rəhbəri Osman Gündüz deyib. O bildirib ki, Rusiya hökuməti pirat proqram təminatından, pirat İT məhsullardan istifadə ilə bağlı cinayət məsuliyyətini və inzibati məsuliyyəti ləğv etməyə çalışır:

"Yəni, hansı qlobal İT şirkət Rusiyaya  sanksiya tətbiq edibsə, onun İT məhsulundan oğurluq istifadə etmək dövlət və özəl sektor üçün cinayət məsuliyyəti yaratmayacaq.  Rusiya hansısa xarici İT məhsuldan istifadə ilə bağlı onun  patent və ya müəllif hüquqi sahibindən razılıq alınması normasını da mövcud qanunvericilikdən çıxartmağa hazırlaşır. Hansı xarici İT məhsulun yerli variantı yoxdursa, hamısına bu qərar tətbiq ediləcək. Hökumət yerli İT məhsul yaradılanədək bu cür absurd qərarın qüvvədə olacağını nəzərdə tutub”.

O.Gündüz qeyd edib ki, "oğurluğa icazə"  qısa zaman kəsiyi üçün uğurlu ola bilər, amma uzunmüddətli dövr üçün yararlı olmayacaq:

"Rusiyada hökumət-vətəndaş sektoru "Microsoft”, enerji sektoru "Siemens”, bank sektoru "Oracle”, korportiv sektor "SAP” və "Oracle” üstündə oturub. Strateji, kritik sahələr üçün "oğurluq" məhsullardan istifadə ciddi risklər yaradacaq. Nəhəng sistemlər tez-tez  çökəcək. Eyni zamanda  İT məhsul istehsalçıları məhsulu qorumaq üçün min cür metodlar tətbiq edirlər. Güman etmək olar ki, xarici istehsalçılar da piratçılıqla mübarizə üçün əlavə texnoloji və hüquqi proseduralar müəyyən edəcəklər”.

Xatırladaq ki, Rusiyanın müxtəlif sektorlar  üzrə  İT ekosistemində hökmramlıq edən "Oracle”, "Apple”, "SAP”, "İBM”, "İntel”, "Microsoft”,” AMD”, "Cisco”, "Siemens”, "Ericsson”, "Nokia” və s. şirkətlər artıq Rusiya bazarından çıxdıqlarını rəsmi olaraq açıqlayıblar.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Gələcəkdə hamı bu "çip"dən taxacaq? – Qəpik boydadır / FOTO

San Dieqo Kaliforniya Universitetinin mühəndisləri tərəfindən sağlamlıq dəyərlərini göstərən yeni cihaz hazırlanıb.   Sfera.az xəbər verir ki, cihaz eyni...

Son günlərin ən populyar tətbiqini yükləyənlərə xəbərdarlıq: Rusiya şəxsi məlumatlarınızı ələ keçirir

Rusiyadan qaynaqlanan və çox ciddi nəticələrə səbəb ola biləcək haker fəaliyyətləri gündəmdən düşmür.   Sfera.az bildirir ki, mütəxəssislər bu dəfə "NewP...

Tvitter bu şəxslər üçün pullu olacaq – Mask açıqladı

Tvitter biznes və dövlət səhifələri üçün pulla ola bilər. Sfera.az xəbər verir ki, Tvitteri 44 milyard dollara alan Tesla rəhbəri İlon Mask sosial medi...

"Twitter"də hansı dəyişikliklər olacaq? – İlon Mask AÇIQLADI

"Twitter”i 44 milyard dollara alan İlon Mask bu sosial media platforması barədə düşüncələrini açıqlayıb.   Sfera.az "Euronews”a istinadən xəbər verir ki,...

Sosial şəbəkələrlə bağlı yeni qanun imzalanacaq – SƏRT QAYDALAR GƏTİRİLƏCƏK

Avropa İttifaqı (Aİ) qurumları "Facebook”, "YouTube” və "Twitter” kimi rəqəmsal platformaların məzmununu istifadəçilər üçün daha təhlükəsiz edəcək qanun üzərind...

ABŞ bu rusun başına 10 milyon dollar pul qoydu

ABŞ Dövlət Departamenti rus əsilli haker Yevgeni Viktoroviç Qladkix haqqında məlumat verənlərə mükafat vəd verib. Sfera.az bildirir ki, məlumatda Qladkixi...