Putindən gözlənilməz addım - Prezident postunu ona həvalə edir?

Putindən gözlənilməz addım - Prezident postunu ona həvalə edir?
Ukraynada müharibə sürətlə davam edərkən Rusiya prezidenti ilə bağlı diqqətləri cəlb edən iddia irəli sürülüb.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkdiyi deyilən Putin əməliyyata hazırlaşır. Rusiya lideri əməliyyatla əlaqədar bir müddət idarəçilikdən kənarda qalacaq. 

Müharibə şəraitində Putinin öz kreslosunu kimə verəcəyi sual doğurur. 

İddialara əsasən, Putin əməliyyatda olarkən prezident kreslosunu 2008-ci ildən Rusiya Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsində çalışan Nikolay Patruşevə həvalə etməyi düşünür.

Rusiya dövlətinin mühüm qolu olan Federal Təhlükəsizlik Xidmətinə (FSB) rəhbərlik edən Patruşev bürokratiyada çox güclü bir fiqur kimi seçilir.

Britaniya mətbuatının yazdığına görə, Patruşev Putini əvəz edə biləcək 4 nəfərdən biridir. 

Kremldəki mənbələr isə Putinin mayın 9-dan əvvəl əməliyyat olunmayacağını bildirir. Çünki Qərbə əsaslanan kəşfiyyat məlumatlarına görə, Putin mayın 9-na kimi Ukraynada qələbə qazanaraq, bunu Rusiya xalqına elan etmək niyyətindədir.

Britaniya mətbuatında yer alan digər xəbərə əsasən, mövcud şərait Putini istefaya məcbur edərsə, onun yerinə ən güclü namizəd Mixail Mişustindir. Hazırda Rusiyanın Baş naziri olan Mişustin siyasi iyerarxiyada Putindən sonra ikinci yerdədir.

Digər namizədlər arasında paytaxt Moskvanın meri Sergey Sobyaninin də adı yer alır./Modern
 


OXŞAR XƏBƏRLƏR

Putinin müharibə taktikaları ilə bağlı yeni İDDİA

Rusiya prezidenti Vladimir Putin haqqında yeni iddia irəli sürülüb.   Sfera.az bildirir ki, Rusiya ilə Ukrayna arasındakı müharibəni izləyən ekspertlər P...

Fransada 30 il sonra qadın baş nazir təyin edildi - Elizabet Born kimdir?

Apreldə keçirilən seçkilərdən sonra kimin baş nazir təyin ediləcəyi ilə bağlı spekulyasiyalara səbəb olan Fransa prezidenti Emmanuel Makron seçildikdən 22 gün s...

"Sərhədlərə taktiki nüvə silahı yerləşdirəcəyik" - Rusiyadan NATO üzvü olmaq istəyən ölkələrə yeni TƏHDİD

Finlandiyanın NATO ilə bağlı son açıqlaması Moskvada səs-küyə səbəb olub.   Sfera.az-ın məlumatına görə, Rusiya dövlət televiziyası bildirib ki, Moskva ö...

ABŞ kəşfiyyatı: "Putin uzunmüddətli müharibəyə hazırlaşır" - Hədəfdə bu ölkələr var

Putinin uzunmüddətli müharibəyə hazırlaşdığı iddia edilib.   Sfera.az bildirir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının (DNI) direktoru Avril Haines Senatda...

Rusiyada hərbi hissədə partlayış - Ölən və yaralananlar var

Rusiyanın Xabarovsk diyarında hərbi hissədə partlayış baş verib. Sfera.az "TASS”a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, daha bi...

“Pulitzer” mükafatının bu ilki qalibləri - SİYAHI

Dünyanın ən nüfuzlu mükafatlarından biri olan "Pulitzer” öz sahiblərini tapıb.   Sfera.az bildirir ki, Pulitzer Komitəsi bu il 15 nominasiya üzrə qaliblə...