“Putin total müharibə və səfərbərlik elan edəcək”

“Putin total müharibə və səfərbərlik elan edəcək”
Rusiya-Ukrayna müharibəsi üçüncü ayda davam edərkən, Rusiya prezidenti Vladimir Putinin bir neçə gün ərzində Ukraynada total müharibə, Rusiyada isə səfərbərlik elan edəcəyi iddia edilib.
  
Sfera.az xəbər verir  ki, İngiltərə mətbuatı işğalın uzanmasından narahat olan rus komandirlərin hücumları artırmaq üçün ölkədə səfərbərlik elan etmək üçün Putindən Ukraynada hərtərəfli müharibəyə çağırış tələb etdiyini yazıb.

Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin sözlərinə  görə, Putin mayın 9-da keçiriləcək qələbə günü tədbirlərində ehtiyatda olan hərbçilərin Ukraynadakı müharibəyə cəlb edilməsi üçün səfərbərlik elan edə bilər. NATO-nun keçmiş komandanı Riçard Şerif də bildirib ki, Qərb ölkələri Rusiyanın hücumları ilə bağlı "ən pis ssenariyə hazır olmalıdırlar”.

Bundan əvvəl mətbuatda Rusiya ordusunun Putinin Ukraynaya müdaxilənin bir neçə həftəyə başa çatacağı ilə bağlı proqnozuna reaksiya verdiyi və hücumların artırılmasını istədiyi barədə xəbərlər yayılmışdı.

Rusiya bu ayın əvvəlində müharibənin birinci mərhələsinin başa çatdığını və qoşunların Ukraynanın paytaxtı Kiyevdən çıxarılacağını və Rusiyanın dəstəklədiyi separatçıların yerləşdiyi şərq Donbass bölgəsində cəmlənəcəyini açıqlamışdı.
 

OXŞAR XƏBƏRLƏR

Prokurorluq Berluskoni ilə bağlı şok faktları açıqladı: "Seks kölələri ilə evində..."

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qalmaqallı məhkəmə işi ilə bağlı prokurorluğun rəyi bəlli olub.   Sfera.az bildirir ki, sabiq nazirin 2...

Buş “şüuraltı”nın qurbanı oldu – Tədbirdə elə bir söz dedi ki…

2003-cü ildə İraqa müdaxilə əsnasında ABŞ Prezidenti olan Corc Buş tədbirlərdən birindəkı çıxışı zamanı etdiyi səhvlə gündəmdədir.    Sfera.az xəbər...

Putin ən sevimli silahı olan “Terminator”u Ukraynada meydana çıxardı – “Müharibənin gedişatını dəyişəcək”

Rusiya ordusunun Ukraynaya hücumunun aramsız davam etdiyi vaxtda Putin daha bir mühüm həmləyə əl atıb.    Sfera.az xəbər verir ki, fevral ayında Ukr...

Daha bir ölkə Finlandiya ilə İsveçin NATO üzvü olmağını istəmir - Türkiyəyə dəstək

Türkiyə NATO-nun Finlandiya və İsveçin üzvlük ərizələri ilə bağlı danışıqlara başlamasına mane olub. Sfera.az bildirir ki, bu barədə "Financial Times” xəb...

Rusiya bu şəxsləri də ölkədən çıxarır – İki həftə vaxt verildi…

Rusiya Xarici İşlər Nazirliyi ölkədəki 34 Fransız diplomatik missiyası işçisini ölkədən çıxaracağını və onlara ölkəni tərk etmələri üçün iki həftə vaxt verildiy...

Ruslar “Azovstal”ı yer üzündən silir

Rus işğalçıları və qondarma "dxr” rəhbərləri Mariupoldakı "Azovstal” zavodunu sökmək niyyətindədir. Zavodun yerində isə park salınacaq.   Sfera.az&nbs...